
Belqradın Rusiya ilə yaxınlığı Avropa İttifaqının maliyyə dəstəyini sual altına alır
Serbiya Rusiya ilə davam edən sıx əlaqələri səbəbindən Avropa İttifaqından (Aİ) alacağı 1.5 milyard dollara yaxın maliyyə dəstəyini itirmək təhlükəsi ilə üz-üzədir.
Serbiya Rusiya ilə davam edən sıx əlaqələri səbəbindən Avropa İttifaqından (Aİ) alacağı 1.5 milyard dollara yaxın maliyyə dəstəyini itirmək təhlükəsi ilə üz-üzədir.
Gundem.today xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Belqradın Aİ-yə üzvlük prosesinə 2014-cü ildə start verilib və o, hüquq sahəsində islahatların aparılması üçün müxtəlif qrantlar əldə etmək imkanına malikdir. Kimliyi açıqlanmayan Aİ rəsmisi bildirib ki, Serbiyanın Moskva ilə əməkdaşlığı Avropa Komissiyasının (AK) qərarlarını daha da sərtləşdirməsinə təsir edən əsas amillərdən biri olub.
"Biz Serbiyadakı prosesləri ciddi şəkildə izləyir və bundan dərin narahatlıq keçiririk. Eyni zamanda, ümid edirik ki, namizəd dövlət kimi Serbiya bizim xarici siyasət xəttimizə uyğunlaşacaq", - deyə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qəzetə açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə. hazırda Avropa Komissiyası (AK) tərəfindən Serbiyanın Aİ-nin maliyyə yardımı şərtlərinə nə dərəcədə cavab verdiyi yoxlanılır. Serbiyanın Aİ-dəki nümayəndəsi Daniel Apostoloviç isə Brüssel və Belqrad arasında intensiv dialoqun mövcudluğunu əsas gətirərək, ayrılan vəsaitin ləğv edilməyəcəyinə inandığını vurğulayıb. O, "Politico"ya müsahibəsində bildirib: "Biz Avropa İttifaqına tamhüquqlu üzv olmaq niyyətimizdən imtina etmirik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də faciə: Aclıqdan tarakan və qarışqa yeyən bir yaşlı körpə öldü
ABŞ-də uzun müddət ac qalan bir yaşlı körpə həşərat yeyərək həyatını itirib.
DünyaPezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi: Nədən gileyləndi? - VİDEO
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ABŞ ilə əldə olunan atəşkəs razılaşmasından əvvəl hökumət daxilində yaşanan gərginlik, nüvə qorxusu və xəbəri necə öyrəndiyi barədə diqqətçəkən paylaşım edib.
Dünyaİran rəsmisi Hörmüz boğazının nə vaxt açılacağını bəyan etdi
"İran Hörmüz boğazına nəzarəti davam etdirir, çünki ABŞ və İsrail ilə müharibə hələ bitməyib".
DünyaFransada hərbi təyyarə qəzaya uğrayıb
Fransa Hərbi Hava Qüvvələrinə məxsus yüngül təyyarə ölkənin cənub-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb.