Son dəqiqə
Ağcabədidə çörək istehsalı sexində nöqsanlar aşkarlanıb - FOTONaxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilibGözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏRSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRARƏfsanəvi məşqçi Mirça Luçesku son mənzilə yola salındıKollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Litvanın baş naziri İçərişəhərlə tanış olub - FOTO
Litvanın baş naziri İçərişəhərlə tanış olub - FOTO
Siyasət

Litvanın baş naziri İçərişəhərlə tanış olub - FOTO

Bu gün
14:59
0 baxış
Paylaş:

Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, gəzinti zamanı Litvanın baş nazirinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra Qız qalası ilə tanış olan qonağa qala divarlarının inşa tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16.5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.

İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə tanışlıq zamanı İnqa Ruqiniene bu tarixi məkanın keçmişi və bərpa prosesi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.

Həmçinin qeyd olunub ki, burada ziyarətçilər sənətkarların yaradıcılıq prosesini yaxından izləmək, milli sənət nümunələrinin hazırlanma mərhələləri ilə tanış olmaq, eləcə də özləri üçün unikal suvenirlər əldə etmək imkanı əldə edirlər.

İçərişəhərdə gəzinti zamanı xanım İnqa Ruqiniene təndir çörəyinə qonaq edilib.

Daha sonra Litvanın baş naziri orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Litvanın_Baş_naziri#İnqa_Ruqiniene#İçərişəhər#Dövlət_Tarix-Memarlıq_Qoruğu#Qız_qalası#Buxara_karvansarası#Şirvanşahlar_Sarayı#UNESCO_Dünya_İrsi#bərpa_işləri#Bakı_memarlıq_abidələri.

Oxşar Xəbərlər

Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilibSiyasət

Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib

Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Bu gün
17:360
Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏRSiyasət

Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏR

ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlar

Bu gün
17:200
"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb - FOTOSiyasət

"Sülh körpüsü" təşəbbüsü: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb - FOTO

"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə dəyirmi masa işə başlayıb.

Bu gün
16:470
MEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTOSiyasət

MEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTO

"Son günlər bəzi sosial media platformalarında Azərbaycan ərazisindən Körfəz ölkələri istiqamətində guya raketlərin buraxılması ilə bağlı tamamilə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır".

Bu gün
15:510