Son dəqiqə
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq edibİrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQGünəşdə iki güclü partlayış qeydə alınıbBakı-Şamaxı avtomobil yolunda AĞIR QƏZAİspaniyada attraksion qəzası: Xəsarət alanlar varİspaniyada attraksion qəzası: Xəsarət alanlar var - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib
Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib
Digər

Azərbaycanda ilk dəfə Quşçuluq Festivalı keçirilib

24 mart 2026
09:00
3 baxış
Paylaş:

Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib.

Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib.

Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, ziyalılar, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak edib.

Festivalda ilk öncə ulu öndər Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, Prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən ibarət videoçarx təqdim edilib.

Festivalın açılış mərasimində çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini bayram münasibətilə təbrik edib, gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayıb. O, ilk dəfə rayonda keçirilən Quşçuluq Festivalının əhəmiyyətinə toxunub.

Məlumat verilib ki, Quşçuluq Festivalının keçirilməsi rayonun həm iqtisadi həm də turizm baxımından daha mühüm əhəmiyyətə malikdir.

Qeyd olunub ki, quşçuluq sənayesi kənd təsərrüfatının mühüm sahələrindən biri olub, əhalinin ərzaq təminatında, xüsusilə, ət və yumurta istehsalında böyük rol oynayır. Bu sahənin inkişafı həm iqtisadi, həm də sosial baxımdan əhəmiyyətlidir. Bu sahənin inkişafında dövlət dəstəyi də mühüm rol oynayır. Subsidiyalar, güzəştli kreditlər və baytarlıq xidmətlərinin yaxşılaşdırılması quşçuluq təsərrüfatlarının genişlənməsinə şərait yaradır. Eyni zamanda, idxaldan asılılığın azaldılması və yerli istehsalın artırılması iqtisadi sabitliyə xidmət edir.

Sonra çıxış edən Milli Məclisin vitse-spikeri Rafael Hüseynov festivalın ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığını ifadə edib. Bildirib ki, Hacıqabul rayonunda fəaliyyət göstərən "Hacıqabul Quşçuluq Şirkəti" bu il 50 illik yubileyini qeyd edir. Məhz bu festivalın keçirilməsinin tarixi əsası var. Bu günü bayram edən digər şərt ondan ibarətdir ki, 1976-cı ildə Hacıqabul torpağında quşçuluq fabrikinin əsası qoyuldu. Bu fabrikin yaradıcısı Adışirin Babaşovu çox minnətdar duyğularla anırıq. Ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində fabrikin daha da yüksəlişləri baş vermişdir. Hazırda fabrik tam gücü ilə öz fəaliyyətini davam etdirir. Yumurta istehsalı sahəsində Hacıqabul rayonu ölkə üzrə ən qabaqcıq yeri tutur.

Daha sonra millət vəkilləri Tahir Rzayev, Razi Nurullayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli birinci Quşçuluq festivalının keçirilməsinin əhəmiyyətindən danışaraq rayon sakinlərini təbrik ediblər.

Festival çərçivəsində Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində 20 ildən artıq çalışan əməkdaşlar təltif ediliblər.

Daha sonra xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub.

Festival çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini - xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər. Tədbirdə həmçinin rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri təqdim edilib, tanınmış estrada müğənniləri çıxış ediblər.

Festivalda həmçinin rayon sakinləri üçün iftar süfrəsi açılıb, müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq gətirməsi üçün dualar edilib.

Qeyd edək ki, Hacıqabul rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarəngliyi ilə yadda qaldı. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Festivalın sonunda atəşfəşanlıq olub, bayram tonqalı ətrafında birlik rəmzi olan "Yallı" rəqsi ilə başa çatıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTODigər

"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTO

Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub. "LUKOIL-Azərbaycan QSC"nin sifarişi ilə tədbirin konsepti və icrası "Urban Crew" şirkəti tərəfindən həyata keçirildi.

Dünən
17:500
MDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTODigər

MDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO

2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.

Dünən
16:500
"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTODigər

"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO

Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.

Dünən
14:460
"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTODigər

"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO

Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.

Dünən
10:240