
"AzInTelecom"un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb
"AZCON Holdinq" şirkətlərindən olan "AzInTelecom" MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
"AZCON Holdinq" şirkətlərindən olan "AzInTelecom" MMC-nin qurduğu Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə edilir.
Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir neçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan "NVIDIA H200 GPU" çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait yaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir. "AzInTelecom" tərəfindən superkompüter infrastrukturunun genişləndirilməsi məqsədilə əlavə "GPU" resurslarının təmin olunması istiqamətində işlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTO
Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub. "LUKOIL-Azərbaycan QSC"nin sifarişi ilə tədbirin konsepti və icrası "Urban Crew" şirkəti tərəfindən həyata keçirildi.
DigərMDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO
2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.
Digər"Norm" və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib - FOTO
Aprel ayının 23-də qeyri-formal və informal təhsilin tanınması(QFİTT) istiqamətində "Norm" ASC və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə "Norm" Ustalar Klubunun üzvü olan 30 usta sertifikasiya imtahanına cəlb olunub.
Digər"İDSchool" Antalyada keçirilən beynəlxalq robot olimpiadasında ölkəmizi təmsil edir - FOTO
Bakıda fəaliyyət göstərən, uşaqlar üçün İT tədris mərkəzi kimi tanınan "İDSchool" hazırda beynəlxalq arenada növbəti mühüm mərhələdə çıxış edir.