
Azyaşlının telefonunu əlindən alıb qaçan şəxsə hökm oxundu
Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Soyğunçuluqda təqsirləndirilən Vüsal Dadaşovun (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, təqsirləndirilən şəxsə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, Vüsal Dadaşov 5 iyun 2025-ci il tarixdə, saat 13 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən binalardan birinin qarşısında dayanmış azyaşlı - 2018-ci il təvəllüdlü R.R.-in əlində olan mobil telefonu açıq şəkildə talayıb. Belə ki, o, uşağın anasına məxsus "Huawei" markalı mobil telefonu azyaşlının əlindən dartaraq alıb və qaçaraq hadisə yerindən uzaqlaşıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurulub.
Məhkəmə iclasında Vüsal Dadaşov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, həbsdən yeni azad olunub, hadisə günü metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən məhəllələrin birində yerdə mobil telefon tapıb və onu götürərək evinə aparıb. Onun sözlərinə görə, telefonun enerjisi olmadığından cihazdan istifadə edə bilməyib və bu səbəbdən sahibinə məlumat verməyib.
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, 29 iyul 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dəvət olunub. Vüsalın sözlərinə görə, saxlanılan zaman üzərində həmin telefon olmayıb, daha sonra - 10 avqust 2025-ci il tarixdə anası tərəfindən mobil telefon polis əməkdaşlarına təqdim edilib.
O, ittihamda göstərilən azyaşlının əlindən telefonu zor tətbiq etməklə alması faktını inkar edib və qeyd edib ki, telefonu yerdən tapıb.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin qalmadığını vurğulayaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalYeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı
Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.
KriminalQadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
KriminalŞairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI
Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.
KriminalƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldı
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb.