Son dəqiqə
Təhsil sektorunun müdiri İŞDƏN ÇIXARILDI - FOTOMaliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?Londondan Azərbaycan-Ermənistan sülh sazişinə dəstək mesajı - FOTOMaliyyə icarəçisinin hüquq və vəzifələri BƏLLİ OLDUMaliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin NƏZƏRİNƏ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
Kriminal

Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"

Bu gün
10:28
0 baxış
Paylaş:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda qadını yandırıb öldürməkdə təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində hadisəni ehtiyatsızlıq nəticəsində baş vermiş hal kimi qiymətləndirərək əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsinə uyğun hesab etdiyini deyib.

İfadəsinə görə, hadisədən əvvəl Röyal mərhum Türkanə Məmmədova ilə təxminən bir ilə yaxın sevgi münasibətində olub. Bildirib ki, hadisədən bir neçə gün əvvəl atası onun bu münasibətinə etiraz edərək əlaqələri kəsməsini tələb edib. Təqsirləndirilən şəxs də bu səbəbdən Türkanə ilə münasibətlərə son qoymaq qərarına gəldiyini qeyd edib: "Həmin axşam Türkanəyə zəng edəndə bir də mənə zəng etməməsini, başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim".

Röyalın sözlərinə görə, hadisə baş verən gün Türkanə Məmmədova ona zəng edərək sonuncu dəfə görüşmək istədiyini bildirib. Təqsirləndirilən şəxs razılaşaraq qadını yaşadığı ünvandan götürüb və birlikdə "Əsrik yolu" adlanan əraziyə yollanıblar. Avtomobildə onların yanında təqsirləndirilən şəxsin qohumu da olub.

Hadisənin baş verdiyi məqamı izah edən Röyal bildirib ki, avtomobili saxladıqdan sonra Türkanə maşından düşərək kənara çəkilib. O isə avtomobildə siqaret yandırıb və bir müddət sonra Türkanənin üzərinə benzin tökdüyünü görüb. Buna mane olmaq üçün ona yaxınlaşdığını, lakin həmin anda əlindəki siqaretin benzinə toxunması nəticəsində alovlanmanın baş verdiyini deyib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisədən sonra o və yanında olan şəxs dərhal müdaxilə edərək alovu torpaq vasitəsilə söndürüb və zərərçəkmişi xəstəxanaya çatdırıblar. Röyal, həmçinin xəstəxanada Türkanə üçün dərmanlar aldığını qeyd edib.

O, hadisənin qəsdən törədilmədiyini vurğulayaraq söyləyib ki, Türkanə Məmmədovanın bu addımı atmasına səbəb onların ayrılması ilə bağlı yaranmış emosional vəziyyət olub. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən əvvəl zərərçəkmiş onunla əlaqəni kəsməmək üçün israr edib və hətta özünə zərər yetirə biləcəyini söyləyib.

Bununla yanaşı, Röyal ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini də iddia edib.

Məhkəmənin hökmü ilə Röyal Tağıyev 9 il azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Gəncə_Ağır_Cinayətlər_Məhkəməsi#Gəncə_şəhəri#Cinayət_Məcəlləsi#Qəsdən_sağlamlığa_zərərvurma

Oxşar Xəbərlər

Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEOKriminal

Binə qəsəbəsində narkopriton aşkarlanıb, saxlanılanlar var - VİDEO

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu gün
13:360
Kolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEOKriminal

Kolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEO

Kolumbiyada məşhur bir teleserialın çəkiliş meydançasında yoldan keçən şəxs iki nəfəri bıçaqlayaraq öldürüb. Hücum edən şəxs də hadisə yerində məhv edilib.

Bu gün
13:240
Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldıKriminal

Yeddi körpənin ölümü ilə bağlı məhkəmədə yeni sənədlərin tədqiqinə başlanıldı

Respublika Perinatal Mərkəzində 7 körpənin ölümu ilə nəticələnən yanğınla bağlı cinayət işinin növbəti məhkəmə iclası keçirilib.

Bu gün
11:520
Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDIKriminal

Şairə qarşı yeddi min manatlıq dələduzluq: Qiraətçiyə cinayət işi AÇILDI

Azərbaycanda bədii qiraətçi şairə qarşı dələduzluq edib.

Bu gün
18:240