
Bakıda doğum günündə ərini öldürən qadına HÖKM OXUNDU
Ərinin ad günündə onu öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Ərinin ad günündə onu öldürməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Nərgiz Quliyevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Nərgiz Quliyevanın ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi həmin məcəllənin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində baş verib. Məlumata görə, 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiq Quliyevə bıçaqla xəsarət yetirərək qətlə yetirib. İlkin məlumatlara görə, münaqişəyə səbəb zərərçəkmiş şəxsin ad günündə ailəsi ilə birgə spirtli içki içməsi və yoldaşının ona bu səbəbə görə irad bildirməsi olub. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb və Nərgir Quliyevaya Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalMilyonluq QALMAQAL: Tale Heydərov həbsdəki iş adamını BAĞIŞLAYIB?
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun bir milyon manatının ələ keçirilməsi ilə bağlı məhkəmə başlayıb.
KriminalDələduzluqda ittiham olunan sabiq bankirin oğlunun işində vəkillərlə bağlı kollegiyaya müraciət olunacaq
Dələduzluqda ittiham olunan lisenziyası ləğv edilmiş "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun və İlham Abbasovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
KriminalQohumunu əməliyyat edib ölümünə səbəb olmaqda təqsirləndirilən həkim yenidən hakim qarşısında - FOTO
Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.
Kriminal"Abzas Media" işində dörd nəfərin şikayəti ilə bağlı qərar açıqlandı
Ali Məhkəmədə "Abzas Media" nəşrinin əməkdaşları Sevinc Vaqifqızı, Hafiz Babalı və digər jurnalistlərin kassasiya şikayətlərinə baxılıb. Şikayətlər rədd edilib və əvvəlki məhkəmə hökmləri qüvvədə saxlanılıb. İş üzrə təfərrüatlar xəbərdə.