Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub.

Bu barədə Gundem.today-a FHN-dən bildirilib.
Daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib.
Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?
"Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib".
CəmiyyətMəşhur ticarət mərkəzi BAĞLANIR? - VİDEO
Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.
CəmiyyətBu gün Bakının iki rayonunda qaz kəsiləcək
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
CəmiyyətCərimə hesabına qəzaları azaltmaq mümkündür? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında şəhərin yol infrastrukturu mövzusu müzakirə olunub.