Son dəqiqə
İtlərə sümük vermək niyə təhlükəlidir? - Baytar xəbərdarlığıABŞ-də qadın ölən ərini "diriltdi" - FOTOKirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Rusiyalı həkimdən xəbərdarlıqGünəş sistemində həyatın yaranması üçün potensial yerlər müəyyən edilibAfinada beş nəfəri yaralayan 89 yaşlı şəxs saxlanılıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?
Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?
Cəmiyyət

Kirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?

Bu gün
05:00
0 baxış
Paylaş:

"Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib".

"Kirayə mənzillərlə bağlı bəzi cərimələr artırılıb. Belə ki, kirayə münasibətlərinə müqavilə bağlamadan daxil olmaq artıq inzibati məsuliyyət yaradır. Əvvəllər bu qaydanı pozanlara tətbiq olunan cərimə 30 manat idisə, hazırda bu məbləğ 300 manata qədər yüksəldilib".

Gundem.today xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bu addımın əsas məqsədi kirayə bazarında münasibətlərin rəsmiləşdirilməsi və şəffaflığın artırılmasıdır.

"Eyni zamanda, bu qərar vergidən yayınma hallarının qarşısını almağa, daha çox şəxsin vergi sisteminə cəlb olunmasına xidmət edir. Bu isə ümumilikdə iqtisadiyyat üçün vacib hesab olunur və kirayə münasibətlərinin daha sivil, beynəlxalq standartlara uyğun qurulmasına şərait yaradır.

Bu dəyişikliklərin qiymətlərə təsiri məsələsinə gəldikdə isə, ehtimal olunur ki, kirayə bazarında münasibətlər tam hüquqi çərçivəyə salındıqca qiymətlərdə artım müşahidə oluna bilər. Çünki ev sahibləri ödədikləri vergiləri və əlavə xərcləri kirayə haqqına daxil etməyə çalışacaqlar. Oxşar hallar digər ölkələrdə də müşahidə olunur".

Vüqar Oruc hesab edir ki, hazırda kirayədən əldə olunan illik gəlirin mənzilin ümumi dəyərinə nisbəti göstərir ki, bir mənzil təxminən 20-21 il ərzində öz dəyərini geri qaytarır:

"Bu müddət bəzi digər ölkələrlə müqayisədə daha uzundur. Buna görə də kirayə qiymətlərində müəyyən artımın baş verməsi təbii sayılır.

Bununla belə, yalnız cərimələrin artırılması və inzibati tədbirlərin sərtləşdirilməsi ilə problemi tam həll etmək çətin ola bilər. Daha effektiv yanaşma kimi vergi yükünün azaldılması göstərilir. Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Təklif edirik ki, bu göstərici beş faiz səviyyəsinə salınsın. Bu halda ev sahibləri vergini daha rahat ödəyər, kirayə münasibətlərini gizlətməyə ehtiyac qalmaz və bu da qiymətlərə ciddi təzyiq yaratmaz".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#kirayə_mənzil_bazarı#Mənzil_bazarı#Vüqar_Oruc

Oxşar Xəbərlər

Məşhur ticarət mərkəzi BAĞLANIR? - VİDEOCəmiyyət

Məşhur ticarət mərkəzi BAĞLANIR? - VİDEO

Bakının Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzində bir neçə sahibkar mağazasını bağlayıb.

Bu gün
01:180
Bu gün Bakının iki rayonunda qaz kəsiləcəkCəmiyyət

Bu gün Bakının iki rayonunda qaz kəsiləcək

Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Bu gün
01:000
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? - VİDEOCəmiyyət

Cərimə hesabına qəzaları azaltmaq mümkündür? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında şəhərin yol infrastrukturu mövzusu müzakirə olunub.

Bu gün
00:120
Sumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülürCəmiyyət

Sumqayıtda qəzalı vəziyyətdə olan xəstəxana sökülür

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanasının binası qəzalı vəziyyətə görə mərhələli şəkildə boşaldılır.

Bu gün
23:480