
"Bir"in də dəstəyi ilə "Azərbaycan Biznes Keys Müsabiqəsi 2026" uğurla başa çatdı
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.
İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan "Bir ekosistemi"nin də sponsorluğu ilə keçirilən "Azərbaycan Biznes Keys Müsabiqəsi"nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə baş tutan və tələbələrdə biznes analitikası, strategiya quruculuğu, eləcə də maliyyə təhlili bacarıqlarının inkişafına yönələn müsabiqənin final mərhələsi 5 aprel 2026-ci il tarixində keçirilib.
İnsan kapitalına strateji investisiya
Tədbirin rəsmi açılış mərasimində çıxış edən qonaqlar, o cümlədən "Bir ekosistemi"nin nümayəndələri tərəfindən xüsusi olaraq vurğulanıb ki, bu cür irimiqyaslı təşəbbüslər sadəcə yarışma deyil, eyni zamanda ölkədə rəqabətədavamlı ekosistemin formalaşması üçün əsas təməl daşlarından biridir. "Bir ekosistemi" olaraq gənclərin potensialının üzə çıxarılması və onların qlobal standartlara cavab verən peşəkarlar kimi yetişdirilməsi qurumun uzunmüddətli korporativ strategiyasının ayrılmaz bir hissəsidir.
100 komandadan zirvəyə gedən yol
Yanvar ayında 100 komanda ilə start götürən intensiv layihə çərçivəsində müsahibələrdən uğurla keçən 26 komanda "Biznes Akademiyası" və ABCC sessiyalarına cəlb olunaraq peşəkar təlimlərdə iştirak edib, onlardan 12-si yarımfinala, ən güclü dörd komanda isə həlledici final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsində gənc istedadlar tərəfindən hazırlanan innovativ və strateji biznes həlləri ekspertlərdən ibarət münsiflər heyətinə təqdim olunub. Gərgin və maraqlı mübarizənin yekununda ADA Universitetini təmsil edən 25 nömrəli komanda birinci yerin qalibi olaraq 8 000 AZN məbləğində pul mükafatına layiq görülüb. İkinci yerə və 4 000 AZN mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 49 nömrəli komandası, üçüncü yerə isə 2 000 AZN mükafatla eyni ali təhsil müəssisəsinin 11 nömrəli komandası sahib çıxıb.
Əsası 2002-ci ildə əsası qoyulan və zəngin ənənələrə malik bu layihə gənclərin inkişafı naminə mühüm platformaya çevrilib. Bir təhsilə və innovasiyalara yatırılan sərmayənin dayanıqlı gələcəyin ən etibarlı qarantı olduğuna inanır. Şirkət qlobal investorlar və tərəfdaşlar şəbəkəsi ilə birlikdə Azərbaycanda bilik iqtisadiyyatının və rəqabətədavamlı insan kapitalının formalaşmasına töhfə verməyə davam edəcək.
Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan "Birmarket"in baş icraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı "PashaPay"ə rəhbərlik edib.
"Bir ekosistemi" ölkənin aparıcı brendləri olan "Birbank", "Birmarket", "m10", "Milliön" və "Bir Bonus" brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem "Trendyol" Azərbaycan və "BakıKart" kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, "Birmarket"də "Birbank" vasitəsilə kreditli alış-verişdən, "Trendyol Azərbaycan"da "Birbank" taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti - "Vahid giriş", "Vahid bonus", "Vahid ödəniş" və "Vahid kredit" platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Ətraflı məlumat üçün: bir.az/
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azeronline" yüksəksürətli internet performansı üzrə lider mövqeyini gücləndirir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline" sabit genişzolaqlı internet xidmətlərində yüksək sürət və performans göstəriciləri ilə bazarda lider mövqeyini qorumaqda davam edir.
DigərBu bank pulunuza illik 12% gəlir təklif edir
Etibarlı maliyyə tərəfdaşınız "Expressbank" "Klassik əmanət" məhsulu üzrə cəlbedici imkan təklif edir.
DigərYardımlıda ödənişsiz tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Yardımlı rayonunda təşkil olunub.
Digər"Yüksəliş" müsabiqəsinin qalibləri üçün "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin növbəti sessiyası keçirilib - FOTO
"Yüksəliş" müsabiqəsi qaliblərinin fərdi inkişafı, intellektual potensialının gücləndirilməsi və dünyagörüşünün zənginləşdirilməsinə yönəlmiş təşəbbüslər çərçivəsində həyata keçirilən "Ədibin Evində Yüksəliş" silsilə görüşlərinin dördüncü sessiyası baş tutub.