Son dəqiqə
BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdiABŞ qırıcısı İrana gedən tankeri atəşə tutubAvropadan etiraf: Oyunun qaydalarını Bakı müəyyən edir - VİDEOTramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum olduMourinyo "Real Madrid"ə qayıdır?Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. BƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
BƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
Dünya

BƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı

Bu gün
20:32
0 baxış
Paylaş:

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir".

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir".

Gundem.today xəbər verir ki, bu fikirləri BƏƏ-nin ABŞ-dəki diplomatik nümayəndəsi Yusif Əl-Ətayba "Financial Times" nəşri üçün qələmə aldığı məqaləsində ifadə edib.

Səfirin sözlərinə görə, Əbu-Dabinin 60 illik üzvlükdən sonra təşkilatdan ayrılması təkbaşına hasilat kvotaları və ya müharibə zamanı yaranan fasilələrlə əlaqədar deyil. Diplomat vurğulayıb ki, bu qərar dünya enerji bazarlarında baş verən struktur yeniliklərini, qlobal iqtisadiyyatın təməl dəyişikliklərini, habelə BƏƏ-nin mövcud vəziyyəti ilə gələcək hədəflərinin dəqiq analizini nümayiş etdirir.

O, OPEC-in əsasən neftdən asılı dövlətlər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əl-Ətayba bildirib ki, BƏƏ artıq bu çərçivədən kənara çıxıb:

"İndi ölkəmizin ümumi daxili məhsulunun (ÜDM) 25 faizindən az bir hissəsi enerji sektoru ilə əlaqəlidir. Süni intellekt, logistika, aviasiya, turizm, yüksək texnologiyalar və biotibbi elmlər hazırda iqtisadiyyatımızın ən dinamik inkişaf edən sahələridir".

Diplomat regiondakı mövcud qeyri-sabitliyə də toxunub. "BƏƏ qeyri-sabitliyə deyil, etibarlı və sabit qonşuluq münasibətlərinə maraq göstərir. Enerji strategiyamız, eynilə xarici siyasətimiz kimi, məhz bu məqsədin reallaşmasına xidmət edir", - o, məqaləsində yazıb.

Xatırladaq ki, BƏƏ mayın 1-də OPEC və OPEC+ formatından rəsmən ayrılıb və bu qərar aprelin 28-də ictimaiyyətə açıqlanıb. Ölkənin energetika naziri Süheyl Əl-Məzruinin sözlərinə görə, bu strateji qərar Hörmüz boğazının bağlanması riski ilə də qismən əlaqədardır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran#Birləşmiş_Ərəb_Əmirlikləri_(BƏƏ)#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Avropa_İttifaqı_(Aİ)#İsrail#Hörmüz_boğazı

Oxşar Xəbərlər

BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdiDünya

BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi

İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.

Bu gün
21:540
ABŞ qırıcısı İrana gedən tankeri atəşə tutubDünya

ABŞ qırıcısı İrana gedən tankeri atəşə tutub

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İranın "Hasna" tankerini atəşə tutublar.

Bu gün
21:480
Tramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum olduDünya

Tramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum oldu

Livan və İsrail nümayəndə heyətləri atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə etmək üçün mayın 13-15-də Vaşinqtonda görüşəcəklər.

Bu gün
21:300
Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?Dünya

Tramp Çinə səfərindən əvvəl İranla müqavilə bağlayacaq?

ABŞ Prezidenti Donald Tramp Çinə edəcəyi səfərə qədər İranla razılaşmanın əldə oluna biləcəyini istisna etməyib.

Bu gün
21:180