
Gözlər Pakistanda: ABŞ və İran arasında sülh üçün VACİB ŞƏRTLƏR
ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlar
ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla ikihəftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə müdafiə hücumlarını dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlara dəvət edib.
Artıq İslamabadda İran və ABŞ nümayəndə heyətlərinin danışıqları üçün hazırlıqlar yekunlaşıb, təhlükəsizlik tədbirləri gücləndirilib və bu gün danışıqların olması ehtimal edilir. Bəs görüşdən gözləntilər nədir? Pakistanda hansı nailiyyətlər əldə edilə bilər?
Pakistan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan marşalı Aamir Məsud Gundem.today-a açıqlamasında bildirib ki, İranla ABŞ arasındakı atəşkəsin təkcə region üçün deyil, bütün dünya üçün müsbət nəticələri var:
"Dünya artıq bu ədalətsiz təcavüzün baha başa gəldiyini, artan inflyasiya və ərzaq təhlükəsizliyinin təmin olmaması ilə bağlı nəticələri hiss etməyə başlamışdı".
"Bundan əlavə, müharibə böyük münaqişəyə çevrilir və daha çox oyunçunu prosesə cəlb edirdi. İran ən çox itki və infrastrukturun dağılması ilə üzləşsə də, çoxsaylı qurbanlardan sonra dözümlülük göstərdi", - deyə marşal vurğulayıb.
Pakistanın Cənubi Asiya Strateji Sabitlik İnstitutunun (SASSI) prezidenti Maria Sultan da görüşlə bağlı gözləntilərini Gundem.today-a açıqlayıb.
Onun sözlərinə görə, sülh prosesi, yaxud İslamabad razılaşması müharibə edən tərəflər arasında mübahisəli məsələlərin həlli ilə nəticələnəcək, müzakirəyə yol açacaq:
"Bu, sülh üçün başlanğıc ola bilər. Əgər sabitlik bərqərar olmasa, region üçün bunun nəticələri çox ağır olacaq. Çünki proses regionu daha böyük bir müharibəyə sövq edə və trilyonlarla dollarlıq qlobal ticarəti qeyri-müəyyən müddətə poza bilər. Bu da regionu daha böyük bir müharibəyə və enerji böhranına qarşı həssas edər, qlobal böhrana səbəb olar. Beləliklə, risklər təkcə region üçün deyil, bütün dünya üçün də mövcuddur".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİranın tələbləri artır: ABŞ yeni şərtləri qəbul edəcək? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında İran və onun ətrafında baş verən proseslər barədə müzakirə aparılıb.
SiyasətBakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub
Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Siyasətİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.
SiyasətNaxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI
Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.