
Bir ildə iki quruma rəis təyin olunan məmurun yerinə təyinat - FOTO
Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib.
Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinə yeni rəhbər təyin edilib.
Gundem.today "Qaynarinfo"ya istinadən xəbər verir ki, agentliyin sədri Fuad Nağıyevin müvafiq əmri ilə Ziya Ziyəddin oğlu Qurbanzadə sözügedən vəzifəyə gətirilib. O bundan əvvəl Mingəçevir Regional Turizm İdarəsində məsləhətçi vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən ilin mart ayında Mingəçevir Gənclər Evinin rəhbəri Tural Adil oğlu Kərimov Mingəçevir Regional Turizm İdarəsinə rəis təyin edilmişdi. Bir neçə gün əvvəl isə Tural Kərimov mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəisi təyin olunub.
Xatırladaq ki, Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov öz ərizəsi əsasında aprelin 2-də vəzifəsindən azad olunmuşdu. Eyni zamanda, sözügedən vəzifənin icrası müvəqqəti olaraq İdarənin məsləhətçisi Ziya Qurbanzadəyə həvalə edilmişdi.
Fotoda Tural Kərimov
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
CəmiyyətKürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.
Cəmiyyət"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
CəmiyyətKlinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.