
Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdı
Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilib. Kəmalə Məmmədova CM-in 127.1-ci (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya qərarının 5.1-ci bəndinin tətbiqi ilə qadın təyin edilmiş cəzadan azad olunub.
İttihama görə, hadisə 19 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin həyətində qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxs qonşuluqda yaşayan zərərçəkmiş Təranə Vəliyeva (adı, soyadı şərtidir - red.) ilə aralarındakı mübahisəni davam etdirib.
Araşdırmalar zamanı müəyyən edilib ki, hadisədən bir qədər əvvəl zərərçəkmiş şəxs digər qonşunun evində ondan borc verdiyi 200 manat pulu tələb edib. Bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb. Həmin vaxt orada olan Kəmalə isə bu vəziyyətə irad bildirərək mübahisəyə qoşulub və qarşıdurmanı daha da gərginləşdirib.
Daha sonra o, həyətdə ictimai qaydanı kobud şəkildə pozub, qərəzli xuliqanlıq niyyəti ilə Təranəyə qarşı fiziki zor tətbiq edib, onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirib.
Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün qapalı yerdəyişmiş sınığı, burunun şişkinliyi, qançırı, qanaxma və tənəffüsün pozulması ilə müşayiət olunan xəsarətlər alıb.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə tövsif olunub.
Məhkəmə iclasında dindirilən Kəmalə Məmmədova özünü iş üzrə təqsirli bilməyərək verilmiş ittihamları qəbul etmədiyini deyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi
Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
KriminalPaytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEO
Nəsimi rayonunda saxlanılan 6 nəfərdən ümumilikdə 72 kiloqram narkotik vasitə aşkarlanıb.
KriminalSosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT
Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntülərlə şantaj etməkdə ittiham olunub.
KriminalNişanlısı ilə restorana getdi, yatıb masada qaldı
Bakının Səbail rayonunda yerləşən restoranda dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.