Son dəqiqə
Neftçalada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb - FOTOAlmaniyada tətil səbəbindən 650-dən çox reys ləğv edilibAleksey Overçuk: "Xəzərdə kruiz daşımalarının başlanılması perspektivlidir"Yasamalda EV QALMAQALI: "Məhkəmə qərarına baxmayaraq, kommunal xidmətlər dayandırılıb" - VİDEOBəxtiyar İsmayılova Naxçıvanda yeni vəzifə verildiSAXAL Qəzzada HƏMAS-ın üç komandirini zərərsizləşdirib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO
Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO
Kriminal

Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO

Bu gün
13:48
0 baxış
Paylaş:

Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.

Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.

Gundem.today "Unikal"a istinadən xəbər verir ki, təqsirləndirilən Vaqif Məmmədovun 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunması ilə bağlı hökm səsləndirilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Belə ki, Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb və V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda: beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#yol_qəzası#Vaqif_Məmmədov#məhkəmə_hökmü#Balaxanı_qəzası#ölümlə_nəticələnən_qəza#cinayət_işi#həbs_qərarı#Sabunçu_rayonu#ağır_qəza

Oxşar Xəbərlər

Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxunduKriminal

Sevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu

Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
14:280
Rüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladıKriminal

Rüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

Bu gün
12:280
Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcəkKriminal

Ağır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək

"Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Bu gün
12:000
Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZAKriminal

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün
11:480