
Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə L.Abbasovanın 17 il, Zahir Soltanovun isə 19 il müddətinə azadlıqdan məhrum olunmalarını təklif etmişdi.
Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.
Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar.
Təqsirləndirilənlər sevgili olduqlarını məhkəmədə etiraf ediblər.
Qətlə yetirilən İkram Piriyev isə təqsirləndirilən Leyla Abbasovanın həyat yoldaşı olub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalSevgilisini kafedə öldürmək istəyən şəxsə hökm oxundu
Sevgilisini qətlə yetirmək istəyən Rəhim Məhərrəmlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
KriminalBöyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU - VİDEO
Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.
KriminalRüşvət almaqda təqsirləndirilən hərbi həkim komissiyasının sabiq rəisinin məhkəməsi başladı
Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvət almaqda təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.
KriminalAğır cinayətlərdə ittiham olunan daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək
"Ekstradisiya haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı Səbutər Adil oğlu Babayevin ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.