Son dəqiqə
Uzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın"Labubu" sürətlə müştərilərini itirməyə başlayıbMəryəm ananın yuyunduğu, Zevsin gizləndiyi, Afroditanın gözəlləşdiyi mağara - FOTO - VİDEOYaponiyada küçədən pul tapan yaşlı qadın həbs olunduKompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?Rusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Bu gün Beynəlxalq Caz Günüdür - VİDEO
Bu gün Beynəlxalq Caz Günüdür - VİDEO
Mədəniyyət

Bu gün Beynəlxalq Caz Günüdür - VİDEO

Bu gün
11:24
0 baxış
Paylaş:

Bu gün Beynəlxalq Caz Günüdür.

Bu gün Beynəlxalq Caz Günüdür.

Gundem.today xatırladır ki, 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir.

Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir.

Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.

Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı "Dövlət Cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.

Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı "Qaya" ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb.

Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq "Montre" Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Beynəlxalq_Caz_Günü

Oxşar Xəbərlər

Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEOMədəniyyət

Görkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEO

Azərbaycanın Xalq artisti, görkəmli kino və televiziya rejissoru Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib.

Bu gün
00:420
Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - VİDEOMədəniyyət

Leyla və Arzu Əliyevaların Şəkidə görüşdüyü sənətkar danışdı - VİDEO

Tanınmış şəbəkə ustası Tofiq Rəsulov aprelin 28-də Şəkidə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ilə görüşü barədə Baku TV-yə danışıb.

Bu gün
16:120
Xalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"Mədəniyyət

Xalq artisti: "Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin"

"Süni intellekti yaradanlara öz təşəkkürümü bildirirəm. Onlar sanki bizim damarımızı, nostalji hisslərimizi, zamanın nəbzini tutmağı bacarırlar. Sanki hiss edirlər ki, biz sənətkarlar o dövrün, o zamanın hissləri ilə yaşayırıq. Mənim bir neçə rollarımı süni intellekt vasitəsilə hazırlayıblar. Mirmehdi Seyidzadənin hazırladığı süni intellekt materiallarını çox bəyənirəm. O, məşhur sənətkarların rollarını onların bugünkü görünüşləri ilə qarşılaşdırır. Bu günlərdə Söylü ilə Afaqı üz-üzə gətirmişdi.

Bu gün
13:240
Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEOMədəniyyət

Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.

Bu gün
10:520