
Çadda suya görə toqquşma: 42 nəfər həlak olub
Afrika ölkəsi olan Çadın şərq hissəsində baş verən icmalararası qarşıdurma nəticəsində 40-dan çox insan həyatını itirib.
Afrika ölkəsi olan Çadın şərq hissəsində baş verən icmalararası qarşıdurma nəticəsində 40-dan çox insan həyatını itirib.
Bu barədə Gundem.today "France-Presse" agentliyinə istinadən xəbər verir.
Hökumət nümayəndəsi Brahima İssu Qalmaye bildirib ki, toqquşmaya iki ailə arasında su quyusuna görə yaranan mübahisə səbəb olub. Vadi-Fira bölgəsində qeydə alınan qanlı insidentin qurbanlarının sayı 42 nəfərə çatıb.
Qeyd edək ki, sözügedən Afrika ölkəsinin şərqində torpaq, mal-qara və su ehtiyatlarına çıxış üstündə yaranan bu cür münaqişələrə tez-tez rast gəlinir. "International Crisis Group" qeyri-hökumət təşkilatının məlumatına əsasən, 2021-ci ildən 2024-cü ilə qədər olan dövrdə analoji toqquşmalarda mindən çox insan ölüb, iki minə yaxın şəxs isə xəsarət alıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaPentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.