
Çin İrana hərbi yardım göndərilməsi ilə bağlı ABŞ-nin iddialarını rədd edib
Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika tərəfindən saxlanılan İran gəmisində Pekinə məxsus hərbi yardımın ola biləcəyi ilə bağlı iddialarını qətiyyətlə rədd edir.
Çin hökuməti ABŞ Prezidenti Donald Trampın Amerika tərəfindən saxlanılan İran gəmisində Pekinə məxsus hərbi yardımın ola biləcəyi ilə bağlı iddialarını qətiyyətlə rədd edir.
Gundem.today xəbər verir k, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun brifinq zamanı bildirib.
O qeyd edib ki, rəsmi Pekin heç bir faktiki əsası olmayan bütün ittiham və eyhamlara qarşı çıxış edir.
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, ölkələr arasındakı normal beynəlxalq ticari-iqtisadi əməkdaşlığa heç bir müdaxilə edilməməli və maneələr yaradılmamalıdır.
Bir müddət əvvəl Tramp ABŞ və İsrailin birgə hərbi əməliyyatları fonunda Çinin İrana bəzi yükləri tədarük etmək qərarından təəccübləndiyini bəyan etmişdi. Onun sözlərinə görə, bəhs edilən yük ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan İrana məxsus gəmidə aşkar edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxın Şərq münaqişəsi Rusiyadan neft alışını kəskin artırdı
Yaxın Şərq münaqişəsi ilə əlaqədar yaranan qlobal enerji böhranı Sinqapurun Rusiyadan neft məhsulları idxalını kəskin şəkildə çoxaltması ilə nəticələnib.
DünyaRusiyalı milyarderlər fantastik qiymətə bunkerlər almağa başlayıblar - FOTO
Rusiyalı iş adamları üçüncü dünya müharibəsi ehtimalına qarşı Yeni Zelandiyada bunkerli evlər və mənzillər alırlar.
DünyaPekində dünyanın ən böyük avtomobil sərgisi açılıb - VİDEO
On doqquzuncu Pekin Beynəlxalq Avtomobil Sərgisi (Auto China 2026) rekord böyüklükdəki sərgi məkanında media nümayəndələri üçün fəaliyyətə başlayıb.
DünyaTehran hava limanında müəmmalı dağıntılar - VİDEO
İran KİV-i Tehran hava limanındakı dağıntıları əks etdirən görüntüləri yayımlayıb.