
Daha 33 ailənin Xocalı həsrətinə son qoyuldu: Açarlar sakinlərə təqdim edildi - FOTO
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə yola salınan növbəti köç karvanları Xocalı şəhərinə çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xocalının Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə 10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər qayıdışı təmin edilib.
Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Xocalı rayonunun Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 33 ailədən ibarət növbəti köç karvanları yola salınıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Badaraya 16 (59 nəfər), Xanabada 10 (46 nəfər), Xanyurduya 4 (25 nəfər), Təzəbinəyə isə 3 ailə (15 nəfər) köçürülür.
Qeyd edək ki, bununla da ümumilikdə Badaraya 105 (404 nəfər), Xanabada 98 (438 nəfər), Xanyurduya 137 (505 nəfər), Təzəbinəyə isə 163 ailənin (737 nəfər) daimi qayıdışı təmin edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKomitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI - FOTO
"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır".
CəmiyyətAğsuda "Isuzu" qəzaya uğradı: Yaralı sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Bakı-Şamax-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətAzərbaycanda özəl məhkəmə ekspertləri fəaliyyətə başlayırlar
Azərbaycan Respublikasında məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində məhkəmə ekspertizası sahəsinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
CəmiyyətAzərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO
"Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək".