
Buraxılış imtahanındakı suallarda səhv olub? - RƏSMİ AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.
Dövlət İmtahan Mərkəzi (DİM) dünən keçirilmiş buraxılış imtahanlarında istifadə edilən suallarda səhv olduğu barədə iddialara cavab verib.
Qurumdan Gundem.today-a verilən məlumatda bildirilib ki, ümumi təhsil səviyyəsi üzrə aprelin 5-də keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaq olub.
Vurğulanıb ki, tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir:
"Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda, düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır. Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır", - deyə DİM-dən bildirilib.
Qeyd edək ki, aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYevlaxda 5 mindən çox abonentin qazı kəsiləcək
Aprelin 9-u saat 10:00-dan etibarən Yevlax şəhərinin mərkəzinin bəzi hissələrində və 8 kəndində qaz təchizatı dayandırılacaq.
CəmiyyətSalyanda həkim VƏFAT ETDİ - FOTO
Salyanda həkim-nevropatoloq Yaşar Məmmədrza oğlu Əzizov vəfat edib.
CəmiyyətBakının mərkəzində kanalizasiya lükünün ətrafında ÇÖKMƏ - VİDEO
Bakının Nəsimi rayonundakı mərkəzi küçədə kanalizasiya lükünün ətrafındakı çökmə sürücülərin narahatlığına səbəb olub.
CəmiyyətDoğuşdan sonrakı bərpa: Orqanizm köhnə vəziyyətinə necə qayıdır? - FOTO
Doğuşdan sonrakı dövr - zahılıq mərhələsi qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır.