Son dəqiqə
Otaq yoldaşına 16 bıçaq zərbəsi vuran şəxs hakim qarşısına çıxarılıb"Santos"dan Neymar üçün xüsusi strategiya: Ulduz futbolçu mundiala hazırlaşırAİ daxilində gərginlik artır: 90 milyardlıq Ukrayna planı bloklanıbÇində sualtı dəmir yolu tunelinin inşasında unikal nailiyyət əldə olunduAzərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıbPrezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin baş prokurorunu qəbul edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Doqquz uşaq atası, 140 manatdan "konveyer məhsulu" və "TikTok"
Doqquz uşaq atası, 140 manatdan "konveyer məhsulu" və "TikTok"
Cəmiyyət

Doqquz uşaq atası, 140 manatdan "konveyer məhsulu" və "TikTok"

Bu gün
12:16
0 baxış
Paylaş:

Kubra Məhərrəmova yazır...

Kubra Məhərrəmova yazır...

Dünyaya övlad gətirmək hər kəsin hüququdur.

Say-hesabı müəyyən etmək də. Lakin uşaqların gələcəyini təmin edə bilməyəcəklərini bilə-bilə bu qərarı verən valideynlər, görünür, məsuliyyəti ya anlamır, ya da "Allah kərimdir" deyib onları taleyin ümidinə buraxırlar.

Neçə gündür, Sumqayıtda yaşayan, doqquz uşağı olan ailənin davranışı şəxsən məndə əsaslı şübhələr yaradır.

Yadınıza salım ki, bir neçə gün əvvəl bir ailənin altı azyaşlı övladı müəmmalı şəkildə hamamda dəm qazından zəhərlənmişdi. Qonşunun köməyi ilə ilk yardım olunduqdan sonra uşaqlar xəstəxanaya yerləşdirilmişdilər.

Daha sonra ailənin başçısı uşaqları evə aparmış, vəziyyətləri pisləşdiyindən yenidən xəstəxanaya qaytarmışdı.

Təəssüflər olsun ki, uşaqlardan biri həyatını itirdi.

Və bu dəmdə ata qucağında övladının kəfənli meyiti "TikTok" platformasında şou açdı.

Canlı yayımda da elə hey "tıklayın" dedi.

Allah bu "TikTok"u çıxaranın ölüsünə-dirisinə rəhmət eləsin ki, belə personajları ifşa edir. Yoxsa haradan bilərdik ki, indicə bir can itirən ata "TikTok"da canlı açmaq hayında olsun. Ən absurd filmlərdə belə bu cür səhnə tapa bilmərik.

Ata uşağı dəfn edən kimi jurnalistlərin qarşısına çıxıb dedi ki, "bilsəydim, öləcək, heç evə gətirməzdim".

Vallah, adam söz tapmır deməyə. Necə yəni bilsəydim?

Əvvəla, niyə altı uşaq birdən hamama girib? Aralarında yaşyarımdan 15 yaşa qədər fərq var. Ən balacası - körpə, ən böyüyü - yeniyetmə.

Bu hansı tərbiyədir? Niyə bu uşaqlar bir-birini çılpaq halda görməlidirlər? Bu uşaqların psixoloji durumu nə yerdədir?

Valideynlərin psixoloji və mənəvi durumu haqqında artıq müəyyən fikir formalaşıb. Çünki ailənin iki uşağı dövlət müəssisəsinə yerləşdiriləcək. Məlumat Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilib.

Daha bir maraqlı məqam: "Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan səkkiz azyaşlıdan dördü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər dörd azyaşlıdan ikisinin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan iki azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar xalasının yanında yaşayır".

Belə çıxır ki, müvafiq dövlət orqanları bu nəticəyə gəliblər ki, bu ailədə uşaq yaşayası deyil.

Çox gözəl. Sağ olsunlar ki, araşdırıblar. Allah köməkləri olsun.

İndi isə sual: Bu doqquz uşaq dünyaya gələndə bunların, yəqin ki, qeydiyyatı aparılıb, sənədləri verilib və s., məlumatlar da eyni sistemə köçürülür, atası da, anası da görünür, ailənin gəliri nədir, çıxarı nədir - hər şey görünür. Ata dediyimiz vətəndaş özü etiraf edir ki, hər uşağa görə 140 manat pul alır. Azərbaycanda doqquzuşaqlı ailə, yəqin ki, barmaqla sayılası qədərdir. Sözümün canı odur ki, yəni heç bir qurum demədi ki, gəlin bir monitorinq edək ailəni? Görək bu uşaqlar nə yeyir, nə içirlər? Bəlkə, evdə şiddət görürlər? Bəlkə, fiziki təzyiqə məruz qalırlar?

Yerli icra və sosial xidmətlər niyə faciədən sonra hərəkətə başladılar? Yenə də sağ olsunlar ki, yerdə qalan səkkiz uşağı xilas etdilər.

Sosial rifahın zəif olmasının uşaqlar üçün birbaşa risk yaratması heç kimə sirr deyil. Düşünürəm ki, bu istiqamətdə ayrıca maarifləndirmə işləri aparmaq vacibdir.

"Görünməyən uşaqlar" barədə xüsusi layihələr işlənilməlidir. Qısamüddətli yox, uzunmüddətli həll yolları düşünülməli və həyata keçirilməlidir.

Şəxsən mən bu ata-anadan əlimi üzmüşəm. Yenə də deyirəm, altı uşağı birdən hamama salmaq qeyri-sağlam düşüncənin məhsuludur. Uşağın təhlükəsizliyi birbaşa valideynin üzərindədir. Sadə təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Qaz avadanlığı nasaz olduğu halda niyə uşaqlar hamama salınıblar? Əminəm ki, qonşu qadın uşaqlara ilk yardım göstərməsəydi, hamısı məhv olmuşdu.

Ümid edirəm ki, bu epizod dəqiq araşdırılacaq.

Bu valideynlərin timsalında bir məqam da özünü büruzə verdi ki, məsələ yoxsulluqda deyil. Məsələ - məsuliyyətsiz qərarlardır. Məsələ - uşaqlara sosial yardım almaq vasitəsi kimi baxmaqdadır.

Ata-ana düşünür ki, "onsuz da, bizdə yaxşı alınır, hər uşağa 140 manat düşür, gəl birini də doğaq" - bir növ konveyer.

Çox təəssüf ki, bir körpə dünyasını dəyişdi. Hazırda daha iki azyaşlı sağ qalmaq uğrunda xəstəxanada mübarizə aparır. Nəticədə ən çox zərər görən yenə uşaqlar oldular. Sağlamlıq, təhsil və təhlükəsizlik baxımından uduzan onlar oldular.

Onların həyatı söndü.

Ata yenə də hər axşam "TikTok"da canlıya çıxır, deyib-gülür, şellənir. Dayanmadan "ekranı tıklayın" deyir.

Ana da... nə deyim? Altı uşağı birdən göndərir hamama - kiçiyi yaşyarımlıq körpə, böyüyü yeniyetmə...

Bu insanlara valideyn adı yaraşırmı?..

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#dəm_qazından_zəhərlənmə#Sumqayıtda_faciə#valideyn_məsuliyyəti#sosial_müavinət#uşaq_hüquqları#uşaqların_təhlükəsizliyi#çoxuşaqlı_ailələr#sosial_problemlər#Sumqayıt_xəbərləri#uşaq_ölümü.

Oxşar Xəbərlər

Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıbCəmiyyət

Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.

Bu gün
14:240
Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEOCəmiyyət

Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO

Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Bu gün
14:120
Ümumdünya Sağlamlıq Günü qeyd olunurCəmiyyət

Ümumdünya Sağlamlıq Günü qeyd olunur

Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.

Bu gün
13:520
Dövlət Vergi Xidmətində YENİ TƏYİNATCəmiyyət

Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.

Bu gün
13:400