Son dəqiqə
Bakıda papağa görə dava: Ər arvadını döydüİsrail Müdafiə Qüvvələri İran vətəndaşlarına qatarla səyahət etməməklə bağlı xəbərdarlıq ünvanlayıb"Sumqayıt" baş məşqçisi ilə bağlı qərar verdiTrampın İran etirazçılarına göndərdiyi silahı kim ələ keçirib? - VİDEOSabunçuda gecəyarı DƏHŞƏT: Torpaq sürüşdü, qadın uçan evin altında qaldı - SON GÖRÜNTÜLƏRQız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Cəmiyyət

Kollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO

Bu gün
14:12
0 baxış
Paylaş:

Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.

Bəs görəsən, kollektorların üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti necə olacaq?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Gundem.today-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikili mövcuddur.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır:

"Mövcud vəziyyətin təhlükəsi kollektorlar üzərində ev inşa edilmiş bütün yaşayış obyektlərinə aiddir. Belə ki, su və ya kanalizasiya kollektorlarının üzərində yerləşən tikililər daimi risk altındadır. Məhz bu səbəbdən su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunaziddir".

* Keşlədə qəzaya səbəb olan ev sökülüb, Eldar Əzizov hadisə yerində olub

Qeyd olunub ki, hazırkı halda kollektorun üzərində tikilən evlərin sahiblərinə bir neçə il ərzində dəfələrlə xəbərdarlıq məktubları göndərilib, şifahi və yazılı formada məlumatlar verilib, bildirişlər təqdim olunub:

"Vətəndaşların diqqətinə çatdırılıb ki, bu ərazidə hər an hadisə baş verə bilər və belə bir hal səbəbindən kollektorun istismarını, təmir və bərpasını icra etmək mümkünsüzləşir. Bu xəbərdarlıqlardan sonra məsələ, həmçinin hüquqi müstəviyə də daşınıb.

Qanunvericiliyin tələblərinə əsasən, su və kanalizasiya kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, həmçinin mühafizə zolaqlarında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qadağandır. Bununla bağlı mütəmadi olaraq müxtəlif vasitələrlə vətəndaşlara məlumatlar verilir, xəbərdarlıq olunur".

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq qeyd olunub ki, kollektor xətlərinin üzərində tikilmiş fərdi yaşayış evlərinin aqibəti, onların mərhələli şəkildə sökülüb-sökülməyəcəyi, eləcə də söküntü nəzərdə tutulduğu halda sakinlərə kompensasiya verilməsi və ya alternativ yaşayış yeri ilə təmin olunması məsələləri qurumun səlahiyyətlərinə aid deyil.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#kollektor_xətləri#qanunsuz_tikililər#kompensasiya#Xətai_rayonu#fərdi_yaşayış_evləri#Bakı_Sukanal_İdarəsi#mühafizə_zolağı#evlərin_sökülməsi#qəza_riski#kanalizasiya_xətti.

Oxşar Xəbərlər

"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötürCəmiyyət

"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötür

Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə, "Qeyrət" mətbəəsində çap olunub.

Bu gün
15:040
Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıbCəmiyyət

Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.

Bu gün
14:240
Ümumdünya Sağlamlıq Günü qeyd olunurCəmiyyət

Ümumdünya Sağlamlıq Günü qeyd olunur

Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.

Bu gün
13:521
Dövlət Vergi Xidmətində YENİ TƏYİNATCəmiyyət

Dövlət Vergi Xidmətində YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.

Bu gün
13:401