
Azərbaycan Mərkəzi Bankının departament rəhbəri işdən çıxıb
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) Satınalmalar departamentinin rəhbəri Ayaz Nağıyev vəzifəsini tərk edib.
Gundem.today "Report"a istinadla xəbər verir ki, onun yerinə hələ ki təyinat olmayıb.
A.Nağıyev 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi. O, bundan əvvəl "Azərsun Holdinq" MMC, "Central National Gottesman Inc", "PAŞA Bank" ASC-də Satınalma üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib, bu sahədə 10 ildən çox təcrübəyə malikdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Sizi deyib gəlmişəm": "Molla Nəsrəddin" məktəbinin yaranmasından 120 il ötür
Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in yaranmasından 120 il ötür. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə, "Qeyrət" mətbəəsində çap olunub.
CəmiyyətKollektorların üzərində tikilmiş evlərin aqibəti NECƏ OLACAQ? - VİDEO
Son günlər paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı ciddi problemlər üzə çıxıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi bu məsələni gündəmə gətirib.
CəmiyyətÜmumdünya Sağlamlıq Günü qeyd olunur
Hər il aprelin 7-də dünyada Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib. Məhz 1948-ci ilin bu günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaradılıb və 1950-ci ildən etibarən bu gün qlobal səviyyədə qeyd olunmağa başlanıb.
CəmiyyətDövlət Vergi Xidmətində YENİ TƏYİNAT
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçota nəzarət baş idarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Hüseyn Bağırova həvalə olunub.