
Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb
Aprelin 23-də Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Aprelin 23-də Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Gundem.today xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.
Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, son dövrlərdə baş verən hadisələr zamanı ölkəmizin nümayiş etdirdiyi mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Görüş zamanı həmçinin, dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı-Quba yolunda yük maşını beton arakəsməyə çırpılıb
Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətAzərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu - ÖZƏL
Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.
CəmiyyətİTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.
Cəmiyyət300 bal toplayan Zəhra: "Çox yox, sistemli oxumaq lazımdır"
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum - 300 bal toplayan şagirdlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticəyə imza ataraq fərqlənən abituriyentlər sırasında yer alıb.