
Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
"Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır".
"Hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur. Belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır".
Gundem.today xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) dumanlı hava ilə əlaqədar sürücülərə və piyadalara müraciətində qeyd olunub.
Bilidirilib ki, bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
"Sürücülərə tövsiyə olunur:
- Hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlayın;
- Sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinin;
- Ara məsafəni qoruyun;
- Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.
Piyadalara tövsiyə olunur:
- Yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin;
- Yolun hərəkət hissəsinə qəfil çıxmayın;
- Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir.
Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır", - deyə müraciətdə vurğulanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBibiheybət yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT – Hərəkət qismən məhdudlaşdırıldı
Aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.
CəmiyyətBuraxılış imtahanı suallarının DÜZGÜN CAVABLARI açıqlandı
Aprelin 5-də keçirilən ümumi (doqquzillik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavabları açıqlanıb.
CəmiyyətFHN rəsmisi: "Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub" - FOTO
"Bakının Nizami rayonu, Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub".
CəmiyyətGəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU
Gəncə şəhərində 19 yaşlı Ləman Əliyeva dəm qazından boğularaq ölüb.