
Dünyanın gözü İslamabadda: ABŞ-İran danışıqları başlayır
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran təmsilçiləri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə iki fərqli formatda müzakirələrin baş tutacağı planlaşdırılır.
Pakistanın paytaxtı İslamabadda ABŞ və İran təmsilçiləri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə iki fərqli formatda müzakirələrin baş tutacağı planlaşdırılır.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı öz mənbələrinə əsaslanaraq paylaşıb.
Məlumata əsasən, ilk mərhələdə tərəflər müzakirə olunacaq məsələlərin gündəliyini vasitəçi rolunu oynayan Pakistan rəsmilərinin köməyi ilə razılaşdıracaqlar. Telekanalın mənbələri bildirirlər ki, bu mərhələdən sonra nümayəndələr bilavasitə danışıqlara başlayacaqlar.
Amerika Birləşmiş Ştatları və İran arasındakı bu təmaslar aprel ayının 11-də İslamabad şəhərində, Pakistanın Baş naziri Şahbaz Şərifin vasitəçiliyi altında reallaşacaq. ABŞ tərəfindən heyətə vitse-prezident Ceyms Devid Vens başçılıq edəcək. Qrupa eyni zamanda xüsusi nümayəndə Stiv Uitkoff və ABŞ dövlət başçısının kürəkəni Cared Kuşner də daxil edilib.
İran heyətində isə ölkənin xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibafın yer alacağı proqnozlaşdırılır.
Bildirilir ki, hər iki ölkənin nümayəndə heyətləri artıq Pakistanın paytaxtına çatıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub? - VİDEO
Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin İran tərəfi ilə İslamabad şəhərindəki müzakirələrin baş tutmasında xüsusi xidməti olub.
Dünyaİranın yeni Ali Lideri Müctəba Xameneinin vəziyyəti ilə bağlı yeni detallar məlum oldu
İranın yeni Ali Lideri Müctəba Xamenei müharibənin ilk günlərində atasının həlak olduğu hava zərbəsi nəticəsində aldığı ağır üz və ayaq yaralarından hələ də müalicə olunur.
Dünyaİstanbulda İsrail konsulluğu qarşısında terror cəhdinə görə daha 17 nəfər tutuldu
Türkiyə təhlükəsizlik qüvvələri İstanbulda İsrail baş konsulluğunun qarşısında xüsusi təyinatlı polis qüvvələrinə hücum edən terrorçularla əlaqədə şübhəli bilinən 17 nəfəri saxlayıb.
DünyaTrampın NATO-dan çıxma hədəsi: Senat maneəsi və beş mümkün ssenari
NATO-dan çıxma prosesinə başlamaq üçün Tramp əvvəlcə Senatın üçdəikisinin təsdiqini almalıdır. Hazırda o buna yaxın deyil. Üstəlik, onun NATO-dan çıxmaq ideyası, hətta Respublikaçılar Partiyasının Senat fraksiyası tərəfindən də alqışlanmır.