
"Expressbank"ın idarə heyətinə yeni təyinat
"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın idarə heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
"Expressbank" ASC-də yeni kadr təyinatı həyata keçirilib. Fuad Fikrət oğlu Muradəliyev bankın idarə heyətinin üzvü və Baş maliyyə inzibatçısı (CFO) vəzifəsinə təyin olunub.
Fuad Muradəliyev maliyyə sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, karyerası ərzində əsasən bank sektorunda fəaliyyət göstərərək maliyyə idarəçiliyi, büdcələmə, risklərin qiymətləndirilməsi və strateji planlaşdırma istiqamətlərində geniş bilik və praktiki təcrübə qazanmışdır.
Bu təyinata qədər o, "Expressbank"da Maliyyə departamentinin direktoru vəzifəsində çalışmış və bankın maliyyə strategiyasının formalaşdırılması, həmçinin effektiv idarəolunmasında mühüm rol oynamışdır.
Əvvəlki illərdə "Bank of Baku" ASC-də rəhbər maliyyə vəzifələrində fəaliyyət göstərmiş, həmçinin müxtəlif pillələr üzrə irəliləyərək maliyyə sahəsində peşəkar təcrübəsini daha da möhkəmləndirib.
O, risklərin idarəolunması sahəsində "Global Association of Risk Professionals" tərəfindən təqdim olunan FRM® ("Financial Risk Manager") sertifikatına malikdir. Eyni zamanda, "CFA Institute" tərəfindən təşkil olunan CFA ("Chartered Financial Analyst") proqramının iki səviyyəsini uğurla tamamlayıb.
Fuad Muradəliyev ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti-də Maliyyə ixtisası üzrə başa vuraraq bakalavr və magistr dərəcələri əldə etmişdir.
Onun yeni vəzifədə fəaliyyətinin "Expressbank"ın maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinə və strateji inkişafına mühüm töhfə verəcəyi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərXətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.
Digər"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
"Dongfeng Azərbaycan" rəsmi nümayəndəliyi ölkənin avtomobil bazarında keyfiyyət standartlarını yeni mərhələyə daşıyır. Brendin qlobal mühəndislik təcrübəsinə və texnoloji üstünlüyünə əsaslanaraq, rəsmi servis zəmanəti müddəti 10 ilə çatdırılıb. Bu təklifin ən önəmli cəhəti isə zəmanət müddəti ərzində heç bir yürüş limitinin (km) tətbiq edilməməsidir.