
Xətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçıları 2016-cı il Aprel döyüşlərinin ildönümü ilə əlaqədar qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusunun şanlı tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bildirilib ki, həmin döyüşlər zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində strateji əhəmiyyətli yüksəklikləri və 2000 hektardan çox ərazini işğaldan azad edib.
Vurğulanıb ki, dördgünlük Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu nümayiş etdirərək gələcək böyük Qələbələrin əsasını qoyub. Qeyd olunub ki, xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində dövlətimizin və ölkə başçısının ətrafında sıx birləşərək tarixi nailiyyətlərə imza atıb.
Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır və bu, əldə olunan Qələbənin rəmzidir.
Digər çıxış edənlər də qeyd ediblər ki, xalqımız şəhidlərimizin, qazilərimizin və müharibə iştirakçılarının göstərdiyi şücaəti daim yüksək qiymətləndirir, onların xatirəsini uca tutur.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.
Digər"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
"Dongfeng Azərbaycan" rəsmi nümayəndəliyi ölkənin avtomobil bazarında keyfiyyət standartlarını yeni mərhələyə daşıyır. Brendin qlobal mühəndislik təcrübəsinə və texnoloji üstünlüyünə əsaslanaraq, rəsmi servis zəmanəti müddəti 10 ilə çatdırılıb. Bu təklifin ən önəmli cəhəti isə zəmanət müddəti ərzində heç bir yürüş limitinin (km) tətbiq edilməməsidir.
Digər"Xalq Bank"da əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin
Ölkənin aparıcı banklarından olan "Xalq Bank" əmanət yerləşdirən müştərilər üçün stimullaşdırıcı "Əmanət" lotereyasına start verir. Şərtlərə əsasən, 1 aprel - 30 dekabr 2026-cı il tarixlərdə "Xalq Bank"ın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.