
"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.
ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, "Kapital Bank" "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" və "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyaları üzrə qalib olub.
Qeyd edək ki, "Kapital Bank" ötən il ərzində bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.
Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, "196" əlaqə mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və "Birbank" kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DigərXətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
"Dongfeng Azərbaycan" rəsmi nümayəndəliyi ölkənin avtomobil bazarında keyfiyyət standartlarını yeni mərhələyə daşıyır. Brendin qlobal mühəndislik təcrübəsinə və texnoloji üstünlüyünə əsaslanaraq, rəsmi servis zəmanəti müddəti 10 ilə çatdırılıb. Bu təklifin ən önəmli cəhəti isə zəmanət müddəti ərzində heç bir yürüş limitinin (km) tətbiq edilməməsidir.
Digər"Xalq Bank"da əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin
Ölkənin aparıcı banklarından olan "Xalq Bank" əmanət yerləşdirən müştərilər üçün stimullaşdırıcı "Əmanət" lotereyasına start verir. Şərtlərə əsasən, 1 aprel - 30 dekabr 2026-cı il tarixlərdə "Xalq Bank"ın Bakı və Sumqayıt şəhərlərində yerləşən filiallarında minimum 500 AZN / 300 USD, digər regionlarda yerləşən filiallarda isə minimum 250 AZN / 150 USD məbləğində əmanət yerləşdirən müştərilər lotereyada iştirak etmək şansı əldə edirlər.