
Federal Təhlükəsizlik Xidməti Vaşinqtondakı atışmadan əvvəlcədən məlumatlı olub?
Ağ Ev Müxbirlər Assosiasiyasının tədbirində silahlı insident törədən kişinin ailə üzvləri, onun potensial olaraq hücum həyata keçirə biləcəyi ilə bağlı hüquq-mühafizə orqanlarına və Federal Təhlükəsizlik Xidmətinə (FTX) xəbərdarlıq ediblər.
Ağ Ev Müxbirlər Assosiasiyasının tədbirində silahlı insident törədən kişinin ailə üzvləri, onun potensial olaraq hücum həyata keçirə biləcəyi ilə bağlı hüquq-mühafizə orqanlarına və Federal Təhlükəsizlik Xidmətinə (FTX) xəbərdarlıq ediblər.
Gundem.today xəbər verir ki, CNN telekanalı bu məlumatı ABŞ Administrasiyasında olan mənbələrinə əsaslanaraq yayımlayıb. Bununla belə, kanal qeyd edib ki, sözügedən məlumatın hücumdan əvvəl, yoxsa sonra ötürüldüyü barədə mənbə tərəfindən heç bir dəqiqləşdirmə aparılmayıb.
Xatırladaq ki, aprelin 25-də Vaşinqtonda D.Trampın da qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı atışma baş verib. Silahlı kişi zala girməyə çalışaraq atəş açıb və nəticədə məxfi xidmət əməkdaşını yaralayıb. Prezident heç bir xəsarət almayıb, şübhəli şəxs isə dərhal hadisə yerində həbs edilib. Hücum edən şəxsin 31 yaşlı repetitor və videooyun proqramçısı Koul Allen olduğu üzə çıxıb. Məlumata görə, o, 2024-cü ildə "Ayın müəllimi" mükafatına layiq görülüb və Kamala Harrisin seçki kampaniyasına maddi dəstək göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaPentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.