
KİV: İranın ABŞ-yə vurduğu ziyan açıqlandığından qat-qat çoxdur - FOTO
İran ABŞ-nin hərbi obyektlərinə əvvəllər rəsmi olaraq bəyan ediləndən qat-qat çox zərbə endirib.
İran ABŞ-nin hərbi obyektlərinə əvvəllər rəsmi olaraq bəyan ediləndən qat-qat çox zərbə endirib.
Gundem.today xəbər verir ki, bu barədə "The Washington Post" nəşri peyk görüntüləri üzərində apardığı təhlilə əsasən məlumat yayıb.
Tədqiqatlar göstərib ki, hərbi əməliyyatlar başlayandan bəri İranın hava hücumları nəticəsində ABŞ-nin Yaxın Şərqdəki bazalarında ən azı 228 bina və texnika zədələnib və ya sıradan çıxarılıb. Hədəflər arasında anqarlar, hərbi hissələr, yanacaq anbarları, təyyarələr, eləcə də vacib radar, rabitə və hava hücumundan müdafiə sistemləri olub.
Nəşr vurğulayır ki, dəyən ziyanın miqyası ABŞ hökumətinin ictimaiyyətə açıqladığı və ya əvvəllər mətbuatda yazılan rəqəmləri xeyli üstələyir. Qəzet bildirir ki, hazırda Yaxın Şərq regionunun peyk fotolarını əldə etmək çox çətindir. ABŞ hökumətinin tələbi ilə "Vantor" və "Planet" kimi iki böyük kommersiya şirkəti müharibə bitənədək bu bölgənin görüntülərinin yayılmasını qeyri-müəyyən müddətə məhdudlaşdırıb, gecikdirib və ya dayandırıb. Bu isə İranın cavab zərbələrini qiymətləndirməyə ciddi mane olur. Buna baxmayaraq, İranın dövlət xəbər agentlikləri münaqişənin əvvəlindən etibarən yüksək keyfiyyətli peyk şəkilləri yayımlayıb və araşdırma məhz bu materiallara əsaslanıb.
Araşdırma çərçivəsində İran tərəfindən çəkilən 100-dən çox yüksəkkeyfiyyətli fotoşəkil Avropanın "Kopernik" sistemi və "Planet" peykinin kadrları ilə müqayisə edilib. Nəşr xüsusi olaraq qeyd edir ki, İranın təqdim etdiyi görüntülərdə heç bir saxtalaşdırma əlaməti tapılmayıb. Ümumilikdə regiondakı 15 ABŞ hərbi obyektində 217 dağıdılmış və ya ziyan görmüş tikili, həmçinin 11 texnika qeydə alınıb.
Təsbit edilən dağıntıların yarıdan çoxu 5-ci Donanmanın qərargahına və Küveytdəki üç bazaya - "Əli əl-Salim" aviabazasına, "Kemp-Arifcan" (ABŞ ordusunun regional qərargahı) və "Kemp-Bürinq"ə aiddir. Nəşr əlavə edir ki, bu hesabat yalnız əlçatan olan peyk fotolarına əsaslandığı üçün ziyanın tam mənzərəsini əks etdirmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail İrana qarşı əməliyyatlara hazırdır: Yeni hədəflər artıq müəyyənləşdirilib
İsrail hərbçiləri Tehrana qarşı genişmiqyaslı əməliyyatların bərpasına tam hazırdır və İranda vurulacaq hədəflərin siyahısını artıq müəyyənləşdirib.
DünyaBƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir".
DünyaPakistan sülh masasına ev sahibliyi edir: ABŞ və İran arasında həlledici görüş
Pakistan gələn həftə ABŞ və İran arasında danışıqların ikinci raunduna ev sahibliyi etməyə hazırlaşır.
DünyaABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır? - "Bir səhifəlik plan"ın DETALLARI
ABŞ və İran uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium tətbiq edilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması imkanlarını müzakirə edirlər.