Son dəqiqə
ABŞ məhkəməsi Epşteynin ölümündən əvvəl yazdığı məktubu dərc edib: "Əyləncəli deyil - buna dəyməz" - FOTO"CBC Sport" Çempionlar Liqasının oyununu yayımlamamağının SƏBƏBİNİ AÇIQLADIÇempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı"Azercell" "GiqaAddım" ilə addımları internetə çevirirYeni Zelandiya Rusiyaya qarşı 35-ci sanksiyalar paketini elan etdiBağçada uşaqları təhqir edən tərbiyəçi ilə bağlı QƏRAR - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO
FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO
İdman

FIFA-nın "Neftçi"ni hansı futbolçuya görə cəzalandırdığı MƏLUM OLDU - FOTO

Bu gün
11:43
0 baxış
Paylaş:

"Neftçi"nin üzləşdiyi transfer qadağasına səbəb olan futbolçunun adı məlum olub.

"Neftçi"nin üzləşdiyi transfer qadağasına səbəb olan futbolçunun adı məlum olub.

Gundem.today-ın əldə etdiyi məlumata görə, bu qadağaya səbəb mövsümün əvvəlində baş tutan Alessio Kurçi transferi olub.

Qeyd edək ki, Lüksemburq millisinin hücumçusu 2025-ci ilin iyulun 30-da Belçikanın II Divizionunda çıxış edən "Franks Borayns" klubundan Bakı təmsilçisinə keçib.

"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.

Klubdan Gundem.today-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.

Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".

Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:

"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".

Murad Nəsimi

FIFA "Neftçi"yə transfer qadağası qoyub.

Gundem.today xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç "transfer pəncərəsi" dönəmində qüvvədə olacaq.

Qadağa 5 may 2026-cı ildə qüvvəyə minib.

Qərarın konkret səbəbləri hələ açıqlanmayıb.

Qeyd edək ki, siyahıda "Neftçi"dən başqa, Türkiyənin "Antalyaspor", Misirin "Zamalek", Rumıniyanın "CFR Kluj" və bir sıra digər klublar da yer alıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Neftçi_PFK#Beynəlxalq_Futbol_Federasiyaları_Assosiasiyası_(FIFA)#Yuri_Vernidub#Türkiyə

Oxşar Xəbərlər

"CBC Sport" Çempionlar Liqasının oyununu yayımlamamağının SƏBƏBİNİ AÇIQLADIİdman

"CBC Sport" Çempionlar Liqasının oyununu yayımlamamağının SƏBƏBİNİ AÇIQLADI

"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Bavariya" - PSJ matçının yayımında yaranan problemə görə bəyanat yayıb.

Bu gün
13:100
Çempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarıİdman

Çempionluq yarışında olan "Arsenal"dan baş məşqçi qərarı

İngiltərənin "Arsenal" klubu bu yay baş məşqçisi Mikel Artetaya yeni müqavilə təklif edəcək.

Bu gün
13:080
"Sport TV"dən UEFA yayımları ilə bağlı iddialara CAVABİdman

"Sport TV"dən UEFA yayımları ilə bağlı iddialara CAVAB

"Sport TV" UEFA yayımları ilə bağlı iddialara aydınlıq gətirib.

Bu gün
11:400
"Bavariya" qapıçısı ilə bağlı yekun qərarını verdiİdman

"Bavariya" qapıçısı ilə bağlı yekun qərarını verdi

"Bavariya"nın qapıçısı Manuel Noyer daha bir mövsüm klubda qalacaq və tezliklə yeni müqaviləyə imza atacaq.

Bu gün
10:360