
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.
Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.
Gundem.today Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib.
Onun sözlərinə görə, qəfil başlayan yuxusuzluq Parkinson xəstəliyinə işarə edə bilər. Bu xəstəliyin ilkin mərhələsində sürətli yuxu fazasında davranış pozuntusu yarana bilər - insan qeyri-ixtiyari hərəkətlər edir, danışır və ya əllərini yelləyir. Bildirilib ki, yuxu problemləri titrəmə və əzələ sərtliyi kimi əsas simptomlardan illər əvvəl müşahidə oluna bilər.
Həkim qeyd edib ki, oxşar vəziyyət Altsheymer xəstəliyində də müşahidə olunur. Erkən mərhələdə sirkadian ritmlər pozulur, beyinin yuxu və oyanıqlıq fazalarını tənzimləməsi çətinləşir. Nəticədə insan gec yuxuya gedir, gecə tez-tez oyanır və gündüz güclü yuxululuq hiss edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MaraqlıYer kürəsində maqnit fırtınası başlayıb
Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
MaraqlıRusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər
Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər.
MaraqlıHindistanda ağlagəlməz həkim səhvi
Hindistanda yaşlı qadın xəstələrin identifikasiyasında yol verilən kobud səhv nəticəsində lazımsız cərrahi müdaxiləyə məruz qaldıqdan sonra dünyasını dəyişib.
MaraqlıGündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir? - Mütəxəssislərdən MÜHÜM XƏBƏRDARLIQ
Narahatlıq orqanizmin normal reaksiyasıdır və insana təhlükə və streslə mübarizə aparmağa kömək edir. Lakin bəzi hallarda bu hal ciddi pozuntuya çevrilə, yaxud obsessiv-kompulsiv pozuntunun (OKP) təzahürü ola bilər.