
"İblis "Prada" geyinir-2" ilk gündə 32 milyon dollar gəlir topladı
"İblis "Prada" geyinir-2" filmi ABŞ-də prokatın ilk günündə (öncədən nümayişlər daxil olmaqla) 33 milyon dollar gəlir əldə edib.
"İblis "Prada" geyinir-2" filmi ABŞ-də prokatın ilk günündə (öncədən nümayişlər daxil olmaqla) 33 milyon dollar gəlir əldə edib.
Gundem.today xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Hazırda filmin iki gün ərzində qlobal kassa gəliri 50.5 milyon dollar təşkil edir. Orijinal lentdən 20 il sonra çəkilən ikinci hissənin büdcəsi 100 milyon dollar qiymətləndirilir.
Film 2026-cı ilin buraxılışları arasında Braziliya, İtaliya və Avstraliya bazarlarında ilk gün üzrə ən yüksək nəticəni göstərib. Ümumilikdə ekran işi 45 ölkədə nümayişə çıxarılıb.
Beləliklə, film artıq ilk hissənin debüt həftəsonu nəticəsini üstələyib - 2006-cı ildə "Şeytan "Prada" geyinir" 27.5 milyon dollar toplamışdı. Analitiklərə görə, filmin açılış gəliri 80 milyon dollara çata bilər.
Filmdə baş rolları yenidən Meril Strip, Enn Hetevey, Emili Blant və Stenli Tuççi canlandırıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesCahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" - VİDEO
Baku TV-nin "Qapqara" verilişinin budəfəki buraxılışının qonağı meyxana ustası Cahangeşt Balaxanı olub.
Şou-biznesİki dəfə əməliyyat olunan aktyorun səhhətində problemlər yaranıb
Azərbaycanın Əməkdar artisti Ələkbər Əliyev səhhətində yaranan ciddi problemlər və keçirdiyi uğursuz əməliyyatlar barədə açıqlamalar verib.
Şou-biznesSüni intellekt "Oskar"sız qalacaq
ABŞ Kino Sənəti və Elmləri Akademiyası "Oskar" mükafatına iddialı olan namizədlər üçün yenilənmiş qaydaları təqdim edib.
Şou-biznesModa eksperti Vladislav Lisovets yaradıcılıq planlarından və gündəlik həyatından danışıb
Tanınmış moda eksperti, həmçinin televiziya və radio aparıcısı Vladislav Lisovets şəxsi gözəllik salonunda yenidənqurma işləri apardığını bildirib.