
İnflyasiya göstəriciləri necə dəyişir?
Pərviz Heydərov yazır...
Pərviz Heydərov yazır...
Ölkədə istehlak qiymətləri indeksi, yəni inflyasiya göstəricisi il başlayan kimi artmağa meyil göstərsə də, martda nisbətən zəifləyib. Yanvarda, həmçinin fevralda illik 5.7% əldə olunan nəticə mart ayı ərzində 5.6%-ə enib. Halbuki qeyd olunan ayda temp adətən yüksəliş nümayiş etdirirdi.
Bununla belə, sözügedən göstərici hər halda aşağı deyil, yüksəkdir. Bunu hər şeydən öncə 2026-cı ilin yanvar-mart aylarında istehlak qiymətlərinin 2025-ci ilin eyni aylarına nisbətən 5.7%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.8%, qeyri-qida məhsulları üzrə 3.6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrəsə 5.7% təşkil etməsi deməyə əsas verir.
Və bu tempin martdan sonra apreldə, həmçinin növbəti aylar ərzində də aşağı hədd nümayiş etdirəcəyi güman edilmir. Əksinə, inflyasiyanın bu il məlum hadisə və proseslərlə əlaqədar yüksək təşkil edəcəyi gözlənilir. Belə ki, hazırda çox həssas bir vəziyyətə yaşayırıq: neftin alış qiymətinin qalxması valyuta gəlirlərimizi artırsa da, ölkəyə həm də inflyasiya idxalı yaradır ki, artıq, hökumət qurumları da bunu etiraf edir, vəziyyətin getdikcə çətin ola biləcəyi proqnoz olunur.
Belə bir fondasa ölkədə əhalinin gəlirlərinin səviyyəsi təbii olaraq diqqət mərkəzində dayanır və dayanmalıdır da. Xatırladım ki, ötən ilin yekunlarına əsasən ölkədə istehlak qiymətləri səviyyəsi 5.6%, əhalinin nominal gəlirləri isə əvvəlki ilə nəzərən 8% artıb. Hər nəfərə düşən göstəricisə 7.6% təşkil edib.
Bu isə o deməkdir ki, real gəlirlər 2.4% artıb. Buna keçən il ərzində ölkədə 2019-cu ildən bəri həyata keçirilən növbəti, yəni beşinci sosial islahat paketi zəmin yaratmışdı.
Cari ildəsə əmək pensiyalarının ənənəvi olaraq indeksləşdirilməsi əməliyyatından savayı heç bir sosial istiqamətdə artım həyata keçirilməmiş və keçiriləcəyi də nəzərdə tutulmur. Ümumiyyətlə, neft bahalaşıb deyə ölkəmizdə maaş və pensiyalar artırılmalıdır, yaxud artmalıdır kimi irəli sürülən fikir və mülahizələrə cavab olaraq qeyd edim ki, hazırkı dönəmdə sosial yönümdə nəzərdə tutulandan artıq maliyyələşdirmə çox ciddi səhv olardı.
Real olaraq əhalinin gəlirlərinin artım tempinin inflyasiya səviyyəsi ilə müqayisəsinə gəldikdə isə yanvar-mart aylarında inflyasiya ötən ilin eyni dövrü ilə müqayisədə 5.7% təşkil etdiyi halda əhalinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 7% təşkil edərək 22.4 milyard manata çatmışdır. Başqa sözlə, əhalinin ümumi alıcılıq qabiliyyəti (real gəlirləri) 1.3% artıq təşkil edib.
Bu isə müəyyən azalma deməkdir.
Hələ bu, bir yana qalsın. 2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 5.3% artaraq 1099.1 manat təşkil edib. Bu da 5.7%-lik inflyasiyadan aşağı səviyyə deməkdir. 2025-ci ilin yekununa isə bu rəqəmlər müvafiq olaraq əksinə, 5.6% və 9.3% həddində idi. Demək, muzdla çalışanların real gəlirləri cüzi də olsa, azalmışdır.
Təkrar edirəm, hazırda çox həssas bir vəziyyətdir. Ona görə də növbəti sosial islahat paketi (özü də ilin ortasında və yaxud ikinci yarısında) effektsiz nəticə verə bilər. Bu, ən yaxşı halda, növbəti ildə baş tuta bilər.
Odur ki, hesab edirəm, əhalinin real gəlirlərinin azalması tendensiyası mütləq nəzarətdə saxlanılmalıdır. Xüsusən də ona görə ki, qida məhsulları üzrə qiymət artımı daha yüksək - 6.8% təşkil edir.
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2026-cı il üçün orta illik inflyasiya 5.5% proqnozlaşdırılır. Mərkəzi Bankın da yenilənmiş proqnozuna görə, 2026-cı ildə illik inflyasiya 5.5% səviyyəsində olacaq. Beynəlxalq qurumlar (IMF, Dünya Bankı) isə inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliyin yüksək qaldığını bildirirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatDGK iki buraxılış məntəqəsinin təmirinə 17 milyona yaxın pul xərcləyəcək
Dövlət Gömrük Komitəsi Astara və Biləsuvar dövlət sərhədindən buraxılış məntəqələrində infrastrukturun yenilənməsi işləri həyata keçirəcək.
İqtisadiyyatƏhalinin gəlirləri azalıb
Pərviz Heydərov yazır...
İqtisadiyyatKlasterləşmə - sahibkarlar üçün imkanlar və perspektivlər
"Sumqayıtda fəaliyyət göstərəcək "Naturaoil KOB klaster şirkəti" MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0.7 hektar ərazidə qurulacaq zavodda, əsasən, yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaq".
İqtisadiyyatRövşən Nəcəf Türkmənistanda "QazaqGaz"ın İdarə Heyətinin sədri ilə görüşdü - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Aşqabadda Qazaxıstanın "QazaqGaz" Səhmdar Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Alibek Jamauov ilə görüşüb.