
İraqın Ənbar əyalətində hərbi obyektlərə hücum: 7 ölü, 13 yaralı var - VİDEO
İraqın qərb hissəsində yerləşən Ənbar əyalətindəki hərbi bazalara təşkil edilən hücumlar nəticəsində minimum yeddi hərbçi həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
İraqın qərb hissəsində yerləşən Ənbar əyalətindəki hərbi bazalara təşkil edilən hücumlar nəticəsində minimum yeddi hərbçi həyatını itirib, 13 nəfər isə xəsarət alıb.
Gundem.today İraq Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda ərazidə axtarış-xilasetmə briqadaları fəaliyyətlərini davam etdirirlər.
Qurumun rəsmi bəyanatında bildirilir: "Müdafiə Nazirliyinə tabe olan Əl-Həbbaniyyə Hərbi Hospitalı və Əl-Həbbaniyyə İstehsalat İdarəsinə əvvəlcə hava zərbələri endirilib, daha sonra isə obyektlər artilleriya atəşinə məruz qalıb. Bu hücum nəticəsində xidməti vəzifələrini icra edən yeddi hərbçimiz şəhid olub, 13 nəfər isə yaralanıb".
Nazirlik həmçinin əlavə edib ki, bu hücumlara qarşı hüquqi müstəvidə lazımi addımları atmaq imkanları var.
Digər tərəfdən, yerli KİV məlumat yayıb ki, həlak olanlar içərisində İraq ordusunun qərargahının tibb bölməsinin rəhbəri və Əl-Həbbaniyyədəki hərbi bazada qərarlaşan "Haşd əş-Şəəbi" qruplaşmasının altı üzvü imiş. Qeyd edilib ki, onlar çərşənbə günü səhər saatlarında naməlum qırıcılar tərəfindən ordu mövqelərinə hava endirilən zərbələri nəticəsində öldürülüblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib
"Catch Me If You Can" ("Bacarsan, tut məni") filmindən tamaşaçılara tanış olan Fransa aktrisası Natali Bay 77 yaşında vəfat edib.
DünyaKiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Kiyevdə atışmanı 58 yaşlı rusiyaəsilli kişi törədib.
Dünya"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra tədbirlərdə iştirak ediblər.
DünyaÇexiyada silah zavodunu yandırmaqda ittiham olunan altı nəfər həbs olundu
Çexiyada silah zavodunun yandırılması işi üzrə altı nəfər həbs olunub.