
İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi: Təyyarələr silahlandırıldı, hədəflər seçildi
İsrail Müdafiə Ordusu İran və Livandakı Hizbullah hərəkatına qarşı yeni hərbi əməliyyat planını təsdiqləyib.
İsrail Müdafiə Ordusu İran və Livandakı Hizbullah hərəkatına qarşı yeni hərbi əməliyyat planını təsdiqləyib.
Gundem.today "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
General qeyd edib ki, ABŞ hərbçiləri ilə birgə keçirilən əməliyyat zamanı İran rejiminə ciddi zərbə vurulub, onun müdafiə imkanları zəiflədilib.
"İndi biz ona nüvə proqramında, Hörmüz boğazında və gündəmdə olan digər məsələlərdə uğur qazanmağa imkan verməməliyik", - deyə o bildirib.
Eyal Zamir əlavə edib ki, İsrail Müdafiə Ordusu çox yüksək hazırlıq səviyyəsindədir.
"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri silahlandırılıb və döyüşə hazırdır, hədəflər sistemlərə daxil edilib. Biz dərhal güclü zərbə endirməyi bacarırıq", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPeskov: "Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazırdır, lakin ABŞ buna qarşıdır"
"Rusiya İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu bildirib, lakin ABŞ bu varianta qarşı çıxır".
DünyaABŞ ordusu Kubada hərbi əməliyyatların keçirilməsinə hazırlığa başlayıb
Pentaqon Kubada hərbi əməliyyatların keçirilməsinə hazırlığa başlayıb.
DünyaTürkiyədə doqquz nəfəri güllələyərək öldürən şagirdin GÖRÜNTÜSÜ - VİDEO
Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda məktəbə silahlı hücum edən şagirdin daha əvvəl dərs zamanı çəkilmiş videosu üzə çıxıb.
DünyaABŞ İrana atəşkəsi uzatmağı təklif edib? - Ağ Evdən açıqlama
"ABŞ hələ İrana atəşkəsin müddətinin uzadılmasını təklif etməyib".