Son dəqiqə
Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"Gürcüstan mətbuatı Prezident İlham Əliyevin dövlət səfərini geniş işıqlandırıbHövsanda heyrətləndirən ev: "Köhnə əşyalara ikinci həyat verdik" - VİDEOTramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim""Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTONovxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR
Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR
Dünya

Türkiyədə vəhşicəsinə öldürülmüş Narin Güranın qətlində yeni DETALLAR

Bu gün
17:48
0 baxış
Paylaş:

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda 2024-cü il avqustun 21-də yoxa çıxan və 19 gün sonra, 2024-cü il sentyabrın 8-də Eğertutmaz çay dərəsində cansız bədəni tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Bu barədə Gundem.today "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Narin Güranın qətli ilə bağlı təqsirli bilinərək 4 il 6 ay həbs cəzasına məhkum edilən Nevzat Bahtiyar yenidən hakim qarşısına çıxıb.

Nevzat Bahtiyar ifadəsində bildirib ki, qızcığazın əmisi Salim Güran ondan cəsədi hissələrə ayıraraq yox etməsini istəyib.

"Hadisə baş verdiyi gün səhər saat 6:30-da Çarıklıya getdim və günorta saatlarında evə gəldim. Həyat yoldaşım suyumuzun kəsildiyini dedi, ona görə də Salim Gürana zəng etdim. Saat 3 radələri idi, sadəcə su haqqında danışdıq. Daha sonra Salim Güran məni çağırdı. Yuxarı qalxdığım zaman cəsədi gördüm. Mənə dedi ki, bu cəsədi aparacaqsan. Qəbul etmədim, silah çəkdi, məni və oğlumu təhdid etdi. Məcbur qalıb cəsədi apardım", - deyə o bildirib.

"Salim Güran, həmçinin məndən cəsədi parça-parça bölüb yox etməyimi istədi. Mən bunu etmədim. Əgər etmiş olsaydım, o cəsəd tapılmazdı və mən də burada mühakimə olunmazdım", - deyə o əlavə edib.

Qeyd edək ki, Narin Güranın qətli ilə bağlı mühakimə olunan anası Yüksel, qardaşı Enes və əmisi Salim Güran "Birgə hərəkət edərək uşağın qəsdən öldürülməsi" ittihamı üzrə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər, Nevzat Bahtiyar isə "Cinayət dəlillərini yox etmək, gizlətmək və ya dəyişdirmək" ittihamı ilə 4 il 6 ay həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, səkkiz yaşlı Narin Güranın cəsədi onun itkin düşməsindən 19 gün sonra çay yatağında, üstü daş və kol-kosla örtülmüş çuval içində tapılmışdı. Ekspertiza uşağın ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyini müəyyən edib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib. İstintaq nəticəsində cinayətin uşağın anası Yüksel Güran, qardaşı Enes Güran, avtomobilində Narinə aid DNT və tük nümunəsi tapılan əmisi Salim Güran tərəfindən törədildiyi məlum olur. Onlara və cəsədi çay yatağına daşıdığını etiraf edən qonşuları Nevzat Bahtiyara qarşı "mütəşəkkil cinayət törətmək" ittihamı ilə cinayət işi açılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Narin_Güran#Nevzat_Bəxtiyar#Salim_Güran#Diyarbəkir_cinayəti#uşaq_qətli#Türkiyə_xəbərləri#məhkəmə_işi#Narin_cinayəti#məhkəmə_ifadəsi#qətl_hadisəsi.

Oxşar Xəbərlər

Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"Dünya

Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"

"Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir".

Bu gün
20:300
Tramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim"Dünya

Tramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim"

"Mən İrana qarşı körpülərin və elektrik stansiyalarının məhv edilməsindən daha ciddi tədbirlərə əl atmaq istəmirəm".

Bu gün
20:080
"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklərDünya

"Telegram"da yeni funksiya - Qeyri-rəsmi tətbiqlə daxil olanlar işarələnəcəklər

"Telegram" dünya miqyasında qeyri-rəsmi proqramlar vasitəsilə platformaya daxil olan istifadəçi hesablarını xüsusi şəkildə işarələməyə qərar verib.

Bu gün
19:480
ABŞ pilotları İrandan necə çıxarıldılar?Dünya

ABŞ pilotları İrandan necə çıxarıldılar?

Kubra Məhərrəmova yazır...

Bu gün
19:360