
KİV: Böyük Britaniyada ərzaq məhsulları bahalaşacaq
2026-cı ilin noyabrına qədər Böyük Britaniyada ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq.
2026-cı ilin noyabrına qədər Böyük Britaniyada ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə 50% artacaq.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Energy and Climate Intelligence Unit" (ECIU) analitik mərkəzinin araşdırmasına görə, iqlim dəyişikliyi və enerji sahəsindəki sarsıntılar ərzaq qiymətlərinin artım tempinin təxminən dörd dəfə sürətlənməsinə səbəb olub.
Analitiklər qeyd edirlər ki, Yaxın Şərqdəki müharibə də inflyasiyanın yüksəlməsinə təkan verə bilər. Bundan əvvəl isə qiymətlər COVID-19 pandemiyası və Şərqi Avropadakı münaqişə fonunda kəskin artmışdı. İngiltərə Bankı gübrə, enerji və nəqliyyat xərclərinin yüksəlməsi səbəbindən ilin sonuna qədər ərzaq inflyasiyasının 7%-ə çatacağını proqnozlaşdırır.
ECIU-nun məlumatına əsasən, son beş ildə makaron, dondurulmuş tərəvəzlər, şokolad və yumurta ən azı 50% bahalaşıb. Mal ətinin qiyməti 64%, zeytun yağının qiyməti isə iki dəfədən çox artıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKolumbiyada kömür mədənində PARTLAYIŞ: 12 nəfər dağıntılar altında qaldı
Kolumbiyada kömür mədənində partlayış baş verib, 12 nəfər dağıntılar altında qalıb.
DünyaTramp Avropadan məyusluğunu dilə gətirdi
ABŞ Prezidenti Donald Tramp Avropanın siyasətindən son dərəcə məyus olduğunu bildirib.
DünyaAğ Evin yaxınlığında baş verən atışmada iki nəfər yaralanıb
Mayın 4-də Ağ Evin yaxınlığında baş verən atışma nəticəsində ən azı iki nəfər xəsarət alıb.
DünyaÇində dəhşətli partlayışda ölənlərin sayı artdı - Zavodun sahibinin həbsinə hazırlıq görülür
Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21-ə çatıb, daha 61 nəfər yaralandığı məlum olub.