
"Kontakt"da növbəti 100 000 manat qazanıldı
"Kontakt" mağazalar şəbəkəsinin pul uduşlu "Qoşa seç, 100 000 AZN-dək apar" kampaniyasından sevindirən xəbərlər gəlməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti finalda daha iki müştəri 100 000 AZN-lik böyük pul mükafatını sahibi olub.
"Kontakt" mağazalar şəbəkəsinin pul uduşlu "Qoşa seç, 100 000 AZN-dək apar" kampaniyasından sevindirən xəbərlər gəlməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti finalda daha iki müştəri 100 000 AZN-lik böyük pul mükafatını sahibi olub.
Bir neçə gün əvvəl "Gənclik Mall"da keçirilən final tədbirində xeyli izdiham var idi, çünki nə az, nə çox düz 40 finalçı öz seçdikləri qoşanı atmağı hədəfləyirdi.
Günün ilk böyük sevinci evdar qadın Aytəkin Abdullayevaya qismət olub. O, "Kontakt"ın Masazır mağazasından təmizlik işlərini asanlaşdırmaq üçün tozsoran alaraq kampaniyaya qatılmışdı. Onun seçdiyi qoşa rəqəmlər masanın üzərində cütləşən an simasındakı "nə baş verdi" reaksiyası maraqlı görüntülərə səbəb olub. Aytəkin xanım özü isə bu sevincli hislərini belə ifadə edir:
"Mən sadəcə evdə işlərimi asanlaşdırmaq üçün tozsoran almışdım. Yatsam, yuxuma gəlməzdi ki, 155 manatlıq tozsoran mənə belə böyük pul gətirər. Zərlər cütləşəndən sonra öz-özümə bir anlıq düşündüm ki, doğrudan bu gördüyüm elə dediyim rəqəmdir?! O tozsoranı istifadə etməyi yox, evdə eksponat kimi sərgiləməyi düşünərəm artıq", - deyərək gülür.
Finalın digər bir ulduzu isə Sadıqzadə Tural oldu. "Kontakt"dan "iPhone 17 Pro Max" alan Tural bəy smartfon bazarının ən son modelini seçməklə bərabər, uğurlu rəqəmini də özü müəyyən etdi. Seçdiyi qoşa rəqəm yan-yana dayanan an Tural bəy günün ikinci qalibinə çevrildi.
"Düzü, zər atmağa gələrkən çox tələsirdim. Hətta, final tədbirinə zəng edib çağıranda həmin gün başqa işim olduğunu, alınsa gələcəyəm demişdim. Çox istəyirəm ki, bu pulu övladımın təhsilinə yatırım edim", - deyə o qeyd edib.
Beləliklə, "Qoşa seç, 100 000 apar" kampaniyasının növbəti finalı da iki sevinc hekayəsi ilə yadda qalıb. Maraqlananlar üçün isə 100 000 AZN-lik böyük uduş marafonu hələ də tam sürəti və eyni mükafat fondu ilə davam edir.
Xüsusi olaraq qeyd edək ki, bu il "Qoşa seç, 100 000 apar" kampaniyasını digərlərindən fərqləndirən əsas məqam müştəriyə verilən seçim azadlığıdır. Burada uduşu təsadüfi rəqəm deyil, müştərinin öz seçimi təyin edir. Üstəlik, builki qaydalar daha sərfəlidir: finalaqədərki mərhələlərdə qazanılan məbləğlər heç bir halda itirilmir və müştəridə qalır.
Şərtlər barədə daha ətraflı məlumat üçün buraya daxil ola bilərsiniz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"OMODA & JAECOO" Azərbaycanda rəsmi olaraq təqdim olundu
DigərXətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.