
"OMODA & JAECOO" Azərbaycanda rəsmi olaraq təqdim olundu
Aprel ayının 3-də Bakıda "JW Marriott Absheron"da dünyanın ən sürətlə böyüyən avtomobil brendi olan "OMODA & JAECOO" "IMOTORS" şirkətinin nümayəndəliyi ilə rəsmi təqdimat gecəsi keçirib.
"Qlobal Dizayn və Qlobal Keyfiyyət" erasını təmsil edən brend, region üçün nəzərdə tutulmuş rəsmi model sırasını təqdim edib: "JAECOO J7", "JAECOO J8" və tamamilə yeni "OMODA 7" və "OMODA 5".
Ənənəvi Çin avtomobil markalarından fərqli olaraq, "OMODA & JAECOO" markası Çinin daxili bazarı üçün deyil, yalnız ixrac bazarları üçün istehsal edildiyindən hər bir model ilk gündən dünyanın ən sərt təhlükəsizlik standartları olan "Euro NCAP" (Avropa) və "ANCAP" (Avstraliya) standartlarına uyğun istehsal edilir.
"JAECOO" modellərinin təhlükəsizliyi "Euro NCAP" (Avropa) qəza sınaqlarında mümkün olan ən maksimal 5/5 balla təsdiqlənib.
"Jaguar Land Rover" irsi və mühəndislik mükəmməlliyi
"OMODA & JAECOO" qlobal bazarlarda sürətli uğurunun şərtləndirən amillərdən biridə "Jaguar Land Rover" ilə dərin texniki əməkdaşlıqdır. Şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq bu yaxınlarda tarixi bir mərhələyə çatıb: "Jaguar Land Rover" öz ikonik "Freelander" modelini "JAECOO J7"nin əsasını təşkil edən platformada istehsal etmək üçün lisenziya verib.
"Bizim mühəndislik DNT-miz dünyanın ən nüfuzlu lüks "of-rouder"ləri ilə ortaqdır. "JAECOO"nun mühəndislik komandasına "Jaguar Land Rover"in keçmiş baş mühəndisinin rəhbərlik etməsi ilə biz, "ARDIS" (Bütün Yol Şəraitləri üçün İntellektual Sürmə Sistemi) tərəfindən idarə olunan şassi mükəmməlliyini və yolsuzluq qabiliyyətini bu seqmentdə ilk dəfə təqdim edirik", - deyə Azərbaycandakı rəsmi nümayəndə olan "IMOTORS" şirkətindən bildirilib.
Geniş Avropa coğrafiyası
"OMODA & JAECOO" artıq 16 Avropa ölkəsində təmsil olunur. Azərbaycan hazırda bu şəbəkəyə qoşulur. 2026-cı ilin əvvəlində brend Böyük Britaniyada rekord uğur qazanaraq, yanvar ayında pərakəndə satışlarda liderlik edib.
Təqdim Olunan Modellər
- "JAECOO J8": Lüks və gücün zirvəsi. Adaptiv asqı sistemi və premium texnoloji paketi ilə yollarda üstünlük axtaranlar üçün "Biznes Klass" SUV.
- "JAECOO J7": İntellektual şəhər "of-rouder"i. "Ovçu" ruhunu beşulduzlu təhlükəsizliklə birləşdirərək, Azərbaycanın istənilən relyefini fəth etmək üçün 7 sürmə rejimi təklif edir.
- "OMODA 5": Futuristik krossover ikonu. "Hərəkətdə olan İncəsənət" (Art in Motion) dizaynı və beşulduzlu Euro NCAP reytinqi ilə texnologiya həvəskarlarının qlobal seçimidir.
- "OMODA 7": "O-Universe" ekosistemini yeni səviyyəyə qaldıran "OMODA 7", geniş intellektual salonu və aqressiv estetikası ilə müasir SUV anlayışını yenidən müəyyən edir.
"OMODA & JAECOO" "Yeni Enerji, Yeni Ekologiya" istiqamətinə fokuslanmış qlobal avtomobil lideridir. Qısa bir müddət ərzində 60-dan çox beynəlxalq bazarda genişlənərək, qabaqcıl Avropa mühəndislik standartlarını futuristik həyat tərzi ilə birləşdirir və yeni nəsil qlobal vətəndaşlara premium mobillik təqdim edir. Təqdim edilən bütün modellərə 7 il və ya 200 000 km rəsmi zəmanət verilir.
"OMODA & JAECOO" modellərinə baxış etmək üçün şirkətin rəsmi distribütoru olan "IMOTORS" şirkətinin Bakı şəhəri, Babək prospekti 38A ünvanında yerləşən sərgi salonuna yaxınlaşmağınız və ya *8887 nömrəsi əlaqə saxlamağınız kifayət edir. Sərgi salonunda modellərini test yürüşü etmək də mümkündür. "O-Universe" həyat tərzi və beşulduzlu təhlükəsizlik öhdəliyimiz haqqında daha çox məlumat üçün www.omodajaecoo.az saytına daxil olun.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Kontakt"da növbəti 100 000 manat qazanıldı
"Kontakt" mağazalar şəbəkəsinin pul uduşlu "Qoşa seç, 100 000 AZN-dək apar" kampaniyasından sevindirən xəbərlər gəlməyə davam edir. Belə ki, şəbəkənin keçirdiyi növbəti finalda daha iki müştəri 100 000 AZN-lik böyük pul mükafatını sahibi olub.
DigərXətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.