
Lionel Messi dələduzluqda ittiham olunur
"İnter Mayami" klubunun və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi gözlənilməz dələduzluq ittihamı ilə üzləşib.
"İnter Mayami" klubunun və Argentina yığmasının ulduz hücumçusu Lionel Messi gözlənilməz dələduzluq ittihamı ilə üzləşib.
Gundem.today TMZ nəşrinə istinadən xəbər verir ki, "VID" promouter şirkəti Lionel Messi və Argentina Futbol Assosiasiyasına (AFA) qarşı milyonluq məhkəmə iddiası qaldırıb.
Buna səbəb ötən ilin oktyabrında Venesuela yığmasına qarşı keçirilən və böyük səs-küyə səbəb olan yoldaşlıq oyununda ulduz futbolçunun iştirak etməməsi nəticəsində şirkətin üzləşdiyi maliyyə itkiləridir.
Müqavilənin şərtlərinə əsasən, Messi zədəli olmadığı təqdirdə matçda ən azı 30 dəqiqə çıxış etməli idi. Lakin heç bir fiziki problemi olmamasına rəğmən, cənubi amerikalı oyunçu həmin qarşılaşmada yaşıl meydanda görünməyib.
Hazırda ulduz oyunçuya və Argentina Futbol Federasiyasına qarşı irəli sürülən təzminat tələbinin dəqiq məbləği sirr olaraq qalır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanKoxalski "Qarabağ"dan ayrılır?
"Qarabağ"ın qapıçısı Mateus Koxalski komandadan ayrılacağı ilə bağlı suala cavab verib.
İdman"Qarabağ" - "Sabah" oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib
Dünən baş tutmuş "Qarabağ" - "Sabah" oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib.
İdmanZelim Kotsoyev diskvalifikasiya edilib, Azərbaycan yığması turniri dörd medalla başa vurub
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə buraxılmayacaq.
İdmanAvropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.