
Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? - VİDEO
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı növbəti hadisə qeydə alınıb.
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə bağlı növbəti hadisə qeydə alınıb.
Belə ki, paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü zəruri tibbi çağırış olmadan xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xətti keçərək digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb. Qayda pozuntusuna yol verən sürücünün sərxoş olduğu və narkotik vasitə qəbul etdiyi faktı da aşkarlanıb.
Təəssüf ki, bu kimi hallara zaman-zaman rast gəlinir. Bəzi hallarda təcili tibbi yardım avtomobillərinin sürücüləri çağırış olmadığı halda sürət həddini aşır, yol hərəkəti qaydalarını pozurlar. Nəticədə yol-nəqliyyat hadisələri baş verir, hətta ölüm faktları qeydə alınır.
Maraqlıdır, təcili tibbi yardım avtomobillərini idarə edən sürücülər hansı meyarlarla işə qəbul olunurlar? Onların fiziki və psixoloji vəziyyəti yoxlanılırmı?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Baku TV-yə bildirilib ki, təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı namizədlərin sağlamlıq vəziyyəti, psixoloji durumu və hüquqi statusu xüsusi diqqətlə qiymətləndirilir.
Qurumdan qeyd olunub ki, sürücülər işə qəbul olunarkən narkoloji dispanserdən arayış, psixoloji mərkəzdən arayış, sağlamlıq haqqında tibbi arayış və məhkumluğun olub-olmaması barədə arayış təqdim etməlidirlər. Bu sənədlər namizədin zərərli vərdişlərdən uzaq olduğunu, psixoloji və fiziki cəhətdən peşəyə yararlı olduğunu, həmçinin hər hansı hüquqi məhdudiyyətinin olmadığını təsdiqləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətLənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Lənkəranda baş verən bədbəxt hadisə nəticəsində yaralanan şəxsin vəziyyəti açıqlanıb.
CəmiyyətGəncədə iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb - FOTO
Gəncədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
CəmiyyətBakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.
CəmiyyətLənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu
Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.