
Naxçıvan hökumətinin 2025-ci il üzrə illik hesabatı qəbul edilib
Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Bu gün Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.
Gundem.today-ın məlumatına görə, iclasda Naxçıvanın baş naziri Cabbar Musayev Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar, hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.
Müzakirələr zamanı Ali Məclisin deputatları 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını bildirib, sual, təklif və qeydlərini səsləndiriblər.
Çıxışlarda ölkə başçısının həyata keçirdiyi siyasətə uyğun olaraq Naxçıvan Nazirlər Kabinetinin səmərəli fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirdiyi, əldə olunan nəticələrin davamlılığını və qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflərə çatmaq imkanlarını gücləndirdiyi qeyd edilib.
İclasda baş nazir deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin qərarı səsə qoyularaq qəbul edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətBakı və Berlin arasında diplomatik dialoq: Enerji və nəqliyyat perspektivləri müzakirə olunub
Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Siyasətİnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub - FOTO
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-da Heydər Əliyev Mərkəzində olub.
SiyasətNaxçıvanda ombudsman haqqında qanun ləğv edildi - SƏBƏB AÇIQLANDI
Naxçıvanda Ombudsman haqqında qanun ləğv edilib.
SiyasətElşən Heydərli vəzifəsindən azad edildi - FOTO
Naxçıvan Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik olunub.