
Nərminə Həsənova: "Əsas işimiz uşaqların biznes üzrə potensialını aşkarlayıb nümayiş etdirməkdir"
"Bu gün "MiniBoss" Biznes Məktəbi tərəfindən startap biznes forumu təşkil olunur. Bu, bizim altıncı biznes forumumuzdur və burada 20 layihə təqdim olunacaq. Ümumilikdə isə altı il ərzində 90-dan çox layihə baş tutub".
"Bu gün "MiniBoss" Biznes Məktəbi tərəfindən startap biznes forumu təşkil olunur. Bu, bizim altıncı biznes forumumuzdur və burada 20 layihə təqdim olunacaq. Ümumilikdə isə altı il ərzində 90-dan çox layihə baş tutub".
Bunu Gundem.today-a açıqlamasında "MiniBoss Business School Baku"nun təsisçisi Nərminə Həsənova Bakıda keçirilən Startap Forumu zamanı deyib.
O bildirib ki, münsiflər heyəti iştirakçı uşaqları dəyərləndirəcək, sponsorlar tərəfindən onlara qrantlar ayrılacaq və iki aydan sonra - iyun ayının 13-də milli çempionatda onlar öz hazır layihələrini - məhsul və xidmətlərini yenidən burada təqdim edəcəklər:
"İyul ayının 9-da isə İsveçrənin Davos şəhərində dünya çempionatı baş tutacaq. Onu da qeyd edim ki, Azərbaycan bu istiqamətdə iki dəfə dünya çempionu olub. Həmçinin, biznes məktəbimizin nümayəndələri iki dəfə ikinci, iki dəfə də üçüncü yerin sahibləri olublar".
"Bizim əsas rolumuz uşaqların kiçik yaşlarından biznes üzrə potensialını aşkarlayıb nümayiş etdirməkdir. Əminəm ki, prosesin bünövrəsini indiki yaşda qoyuruqsa, bu, uşaqların gələcəyində müsbət rol oynayacaq", - deyə təsisçi əlavə edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKeşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO
Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.
CəmiyyətTovuzda üç uşağından imtina edən qadın himayəyə verildi
Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.
CəmiyyətSabah 15 dərəcə isti olacaq - 12.04.2026
Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.
CəmiyyətSalyanda tanınmış həkim vəfat etdi - FOTO
Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.