
Netanyahudan İrana sərt mesaj: "Pilotlarımız hazırdır"
İsrailin Baş naziri Benyamin Netanyahu SAXAL-ın Hərbi Hava Qüvvələrinin (HHQ) İrana qarşı mümkün yeni əməliyyata necə hazırlaşdığından danışıb.
İsrailin Baş naziri Benyamin Netanyahu SAXAL-ın Hərbi Hava Qüvvələrinin (HHQ) İrana qarşı mümkün yeni əməliyyata necə hazırlaşdığından danışıb.
Gundem.today "Cursorinfo" agentliyinə istinadən xəbər verir ki, Netanyahu İsrailin hazırda heç vaxt olmadığı qədər güclü mövqedə olduğunu bildirib.
O, çıxışında dövlətin dayanıqlığını vurğulayaraq, İsrailin öz düşmənləri üzərində əhəmiyyətli üstünlüyünü qoruyub saxlamalı olduğunu qeyd edib. Bununla əlaqədar baş nazir iki əsas prinsipi - hərbi gücün artırılması və müstəqilliyin qorunmasını önə çəkib.
"Bizim pilotlarımız İran səmasının istənilən nöqtəsinə çata bilər və lazım gələrsə, bunu etməyə hazırdırlar. Bizim yüksəksəviyyəli təyyarələrimiz və peşəkar pilotlarımız var", - deyə Netanyahu bildirib.
Müstəqillik prinsipindən danışarkən hökumət başçısı xarici təchizatçılardan asılılığı azaltmaq üçün daxili silah istehsalı imkanlarının genişləndirilməsini tapşırıb.
O qeyd edib ki, növbəti onillikdə müdafiə büdcəsinə təxminən 350 milyard şekel əlavə vəsait ayrılması planlaşdırılır. Bu vəsait İsraildə yerli silah istehsalının inkişafına, eləcə də güc balansını dəyişə biləcək yeni, texnoloji sıçrayışlı uçuş aparatlarının yaradılmasına yönəldiləcək.
Bundan əlavə, Netanyahu Livan ərazisindən gələn pilotsuz uçuş aparatları (PUA) təhdidinə də toxunaraq bildirib ki, bir neçə həftə əvvəl bu problemin qarşısını almaq üçün xüsusi proqram başladılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək
İsveç ilk dəfə Rusiya ərazisindəki hərbi hədəfləri kəşfiyyat məqsədilə izləmək üçün öz peykini kosmosa buraxıb.
Dünyaİngiltərədə evdə şübhəli partlayışda iki nəfər həyatını itirib
İngiltərənin cənub-qərbində yerləşən Bristol şəhərində evdə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub.
DünyaFilippində vulkan püskürməsi: On minlərlə ailə təhlükə altında - VİDEO
Filippinin Luzon adasının cənub-şərqindəki Mayon vulkanının püskürməsinin nəticələri 30 500 ailəyə təsir edib.
DünyaOPEC+ ölkələri neft hasilatının həddi ilə bağlı razılığa gəldilər
OPEC+ alyansına daxil olan yeddi ölkə iyun ayında neft hasilatının yuxarı həddini sutkada 188 min barel artırmaq barədə razılığa gəlib.