Son dəqiqə
Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?Ural Yusupov: "Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşırlar"Amerikalı hərbçilər Mərakeşdə itkin düşüblərPremyer Liqa: "Sabah" "Şamaxı"ya qalib gəldiTbilisidə Azərbaycan vətəndaşı saxlanılıbİsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"
Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"
İqtisadiyyat

Valeri Levkov: "Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq"

Bu gün
17:18
0 baxış
Paylaş:

"Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq".

"Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyətə malik olacaq".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov AİB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində CMMFF-nin fəaliyyətə başlamasına həsr olunmuş seminarda deyib.

V.Levkovun sözlərinə görə, onların strategiyası üç sütuna əsaslanır. Bunlar siyasət və tənzimləmə, baza infrastrukturu, özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizmləridir.

"Əgər özəl sektoru cəlb etmək istəyirsinizsə, sizə sabitlik, proqnozlaşdırıla bilənlik və aydın standartlar lazımdır. Biz başa düşürük: baza infrastrukturunun potensialını açmaq üçün energetika, nəqliyyat və su təchizatına irimiqyaslı sərmayələr tələb olunur. Məsələn, bu regionda su qıtlığı birgə həll etməli olduğumuz bir çox məsələlər yaradır. Üçüncü sütuna - özəl investisiyaların irimiqyaslı cəlb edilməsi mexanizminə gəldikdə isə qeyd etmək lazımdır ki, biz bu vəzifələri yalnız dövlət büdcələri və ya Dünya Bankının və AİB-nin vəsaitləri hesabına həll etməyəcəyik", - V.Levkov bildirib.

Bankın vitse-prezidenti vurğulayıb ki, Mərkəzi Asiya regionu onların strategiyası üçün ideal meydançadır, çünki burada böyük resurslar cəmləşib və söhbət təkcə faydalı qazıntılardan getmir.

"Özbəkistanda mis, uran və nadir torpaq metalları var. Lakin biz regional yanaşma həyata keçirməliyik. Nəqliyyat dəhlizləri, məsələn, Orta Dəhliz şərq və qərb bazarlarının əlaqələndirilməsi üçün kritik əhəmiyyət kəsb edəcək. Həmçinin emal və istehsal gücləri də vacibdir. Asiya ölkələri orta və sonrakı istehsal mərhələlərinin (midstream və downstream) inkişafı üçün bazaya malikdir. Lakin bunun üçün bazar dəstəyi mexanizmləri, ticarət potensialı və fəaliyyətlərin uzlaşdırılması lazımdır", - V.Levkov əlavə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Dünya_Bankı#Asiya_İnkişaf_Bankı_(AİB)

Oxşar Xəbərlər

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?İqtisadiyyat

Neft Fondundan taktiki satış: Qızıl bazarında nələr baş verir?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk rübündə diqqətçəkən bir gedişlə qızıl ehtiyatının bir hissəsini satıb. Rəsmi göstəricilərə əsasən, Fond cari ilin yanvar-mart aylarında 21.9 ton qızıl sataraq ümumi qızıl ehtiyatlarını 178.1 tona qədər azaldıb. Bu qismən azalmaya baxmayaraq, aprelin 1-nə olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi hələ də kifayət qədər yüksək - 35.6 faiz (26.,1 milyard dollar) olaraq qalır. Bəs, ARDNF-in məhz indi aktiv satışa keçməs

Bu gün
05:000
Avropada qaz ehtiyatları beşillik minimuma düşdüİqtisadiyyat

Avropada qaz ehtiyatları beşillik minimuma düşdü

Avropada yeraltı qaz anbarlarının (YQS) doldurulma səviyyəsi aprelin sonunda 32.73%-ə çatıb ki, bu da son beş ildə minimum göstəricidir.

Dünən
14:240
Azərbaycan nefti ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.

Dünən
10:440
Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEOİqtisadiyyat

Oyunlara ödədiyiniz pullara görə kredit müraciətinizə imtina verilə bilər - Qanun nə deyir? - VİDEO

Bəzən vətəndaşlar kredit üçün müraciət etdikdə ona müxtəlif səbəblərdən imtina verilə bilər. Lakin ən maraqlı imtina səbəblərindən biri də oyunlara ödənilən pula görədir.

Dünən
05:000