
Nikol Paşinyan: "Ermənistan Avropa İttifaqını şantaj etmək niyyətində deyil"
"Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsində Brüsseli şantaj etmək niyyətində deyil".
"Ermənistan Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsində Brüsseli şantaj etmək niyyətində deyil".
Gundem.today xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Aİ vətəndaş cəmiyyəti platformasının 8-ci görüşündəki çıxışı zamanı deyib.
"Bəli, biz Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul etmişik, lakin strategiyamız ondan ibarətdir ki, biz şantaj alətlərindən istifadə etməyəcəyik. Yəni biz qanunu qəbul etmişik və gələn ay bizi Aİ-yə qəbul edin deyə bir tələb irəli sürmürük. Bu məsələdə bizə sıfır emosiya lazımdır", - deyə Ermənistanın baş nazir bildirib.
Onun sözlərinə görə, bu məsələdə Ermənistan üçün ən mühüm amil yüksək Avropa standartlarına uyğunluqdur. Paşinyan əlavə edib ki, ölkəsi obyektiv şəkildə həmin səviyyəyə çatdıqda, Aİ-yə üzvlük məsələsi siyasi xarakter daşıyacaq.
"Aİ daha genişlənməmək və ya müəyyən bir məntiq çərçivəsində genişlənmək qərarı verə bilər. Biz isə heç kimi məcbur edə bilmərik. Aİ-yə qəbul olunmasa belə, Ermənistan istənilən halda bu prosesdən qazanclı çıxacaq", - deyə hökumət başçısı əlavə edib.
Xatırladaq ki, Ermənistan parlamentinin deputatları ötən ilin martın 26-da ikinci və yekun oxunuşda respublikanın Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanunu qəbul ediblər. Baş nazir Nikol Paşinyan qeyd edib ki, bu, İrəvanın icmaya qoşulma prosesinin avtomatik olaraq başlaması demək deyil, çünki məsələnin referenduma çıxarılması tələb olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin növbəti hədəfi - Həyəcanlı açıqlama
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.
DünyaPentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.
DünyaTramp İsrail və Livan arasında tarixi görüşün vaxtını açıqladı
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin aprelin 16-da danışıqlar aparacaqlarını bəyan edib.
DünyaTürkiyədə məktəbdə qətliam törədən şagirdin atası həbs edildi
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə qətliam törədən şagirdin atası məhkəmə qərarı ilə həbs olunub.