Son dəqiqə
Yer kürəsində maqnit fırtınası başlayıbKüveyt hava məkanı ilə bağlı qərarLökbatan istiqamətində kilometrlərlə uzanan TIXAC YARANDI - VİDEOTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladıLənkəranda zəncirvari qəza: Xəsarət alanların vəziyyəti açıqlandıTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər
Dünya

Pentaqondan onlarla UNO videosunun yayımlanmasını tələb etdilər

Dünən
10:44
0 baxış
Paylaş:

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Pentaqonu hərbi bazaların yaxınlığında ehtimal olunan yadplanetli fəaliyyəti və uçan naməlum obyektlər (UNO) barədə həqiqətləri ört-basdır etməkdə təqsirləndirib.

Gundem.today xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Parlamentarinin sözlərinə görə, hərbi idarə aprelin 14-dək UNO-ların əks olunduğu 50-yə yaxın videonu ictimaiyyətə təqdim etməli idi. O vurğulayıb ki, ayın əvvəlində qurumun rəhbəri Pit Heqsetə sözügedən kadrların yayımlanması üçün birbaşa göstəriş verib. Lakin Pentaqon bu tələbə məhəl qoymayıb.

"Görünür, kimsə məktubu aidiyyəti orqana sadəcə olaraq çatdırmayıb", - deyə Luna qeyd edib.

O, ABŞ prezidentinin məxfi materialların dərc olunmasına icazə verdiyini, lakin hərbi idarənin buna heç bir reaksiya vermədiyini diqqətə çatdırıb.

Məqalədə bildirilir ki, Pentaqonun arxivindəki onlarla video UNO tədqiqatçıları və yadplanetlilərlə əlaqə nəzəriyyəsini dəstəkləyənlər üçün "müqəddəs Qraal" hesab olunur. Həmin kadrlarda Şərqi Çin və Əfqanıstan dənizlərinin, eləcə də Fars körfəzi akvatoriyalarının üzərində səmada çox sayda naməlum uçan obyektin qeydə alındığı hesab edilir.

Luna amerikalıların hərbi idarədən UNO-larla bağlı məlumatların məxfiliyinin ləğv edilməsini istədiklərini vurğulayıb. O, həmçinin əlavə edib ki, Pentaqonla Konqres arasında şəffaflığın olmaması səbəbindən ölkənin milli təhlükəsizliyi təhdid altındadır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Pentaqon#UNO#Anna_Paulina_Luna#ABŞ_Konqresi#yadplanetlilər#məxfi_videolar#milli_təhlükəsizlik#Pit_Heqset#naməlum_uçan_obyektlər

Oxşar Xəbərlər

Küveyt hava məkanı ilə bağlı qərarDünya

Küveyt hava məkanı ilə bağlı qərar

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.

Bu gün
13:380
Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcəkDünya

Trampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək

ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.

Bu gün
13:140
Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədiDünya

Hörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi

İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.

Bu gün
12:520
ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilirDünya

ABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.

Bu gün
12:200